Trampın rəhbərliyi dövründə baş verən proseslər insan haqlarını ciddi təhlükə altına salır HESABAT
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İnsan Haqları üzrə Nəzarət Təşkilatının (Human Rights Watch – HRW) hesabatına görə, dünyada “demokratik tənəzzül” yaşanır və ABŞ Prezidenti Donald Trampın rəhbərliyi dövründə baş verən proseslər insan haqlarını ciddi təhlükə altına salır.
Redaktor.az bu haqda "The Guardian"a istinadla xəbər verir.
Hesabatda bildirilir ki, hazırda dünya əhalisinin təxminən dörddə üçü avtoritar idarəçilərin hökmranlığı altında yaşayır. Bu göstərici 1980-ci illərdən bəri qeydə alınan ən yüksək səviyyədir.
HRW-nin icraçı direktoru Filip Bolopion qeyd edib ki, insan haqlarını qoruyan sistem “təhlükə altındadır” və güclənən avtoritar dalğa “bir nəsil üçün əsas çağırışa” çevrilib.
Təşkilatın illik ölkə hesabatının təqdimatından əvvəl çıxış edən Bolopion vurğulayıb ki, Tramp administrasiyası qısa müddət ərzində Amerika demokratiyasının əsas sütunlarına və qlobal qaydalara əsaslanan beynəlxalq nizama qarşı ciddi təzyiqlər yaradıb. Onun sözlərinə görə, ABŞ əvvəllər bu sistemi formalaşdıran əsas aktorlardan biri olsa da, indi “əks istiqamətdə” hərəkət edir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 Fevral 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















