Ağ Ev Trampın İranla bağlı qırmızı xəttini açıqladı
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“ABŞ Prezidenti Donald Tramp İrandakı uranı əldə etmək planlarından geri çəkilməyəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Bu, prezidentin və onun danışıqlar qrupunun növbəti müzakirələr mərhələsindəki prioritet siyahısının ən başındadır. Bu, prezidentin geri çəkilməyəcəyi qırmızı xəttdir və o, buna nail olmaqda qərarlıdır”, - Ağ Evin mətbuat katibi qeyd edib.
Onun sözlərinə görə, Ağ Ev bunun diplomatik yolla edilə biləcəyinə ümid edir.
Qeyd edək ki, ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Atəşkəs fonunda neft qiymətləri kəskin şəkildə düşərək, 16%-dən çox ucuzlaşıb. Ekspertlər neft qiymətlərinin düşməyə davam edəcəyini, Brent markalı xam neftin qiymətinin növbəti iki ay ərzində bir barel üçün 70-75 dollara düşəcəyini gözləyirlər.
Bu mövzuda digər xəbərlər:Ağ Ev Trampın İranla müharibə planlarını açıqladı
24 Fevral 2026 23:22
İranla bağlı qırmızı xətlərimiz dəyişməyib Ağ Ev
10 Aprel 2026 18:58
Trampın İranla bağlı bir sıra planları var Ağ Ev
03 Fevral 2026 23:16
Ağ Ev İranla bağlı TƏLƏBİNİ açıqladı KONKRET
26 Fevral 2026 00:08
Ağ ev İranla bağlı etiraf etdi
26 İyun 2025 11:18
Baxış sayı:171
Bu xəbər 09 Aprel 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















