Icma.az
close
up
RU
Trampın səsli küylü qayıdışı: Bu qayıdış Azərbaycana və dünyaya nə vəd edir? MÜSAHİBƏ

Trampın səsli küylü qayıdışı: Bu qayıdış Azərbaycana və dünyaya nə vəd edir? MÜSAHİBƏ

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Dörd il əvvəlki seçkilərdə qələbəsinin əlindən alındığını iddia edən və ötən müddətdə nəyin bahasına olursa-olsun prezidentlik postunu yenidən qazanacağını vəd edən Donald Tramp 2021-ci ilin yanvarında tərk etdiyi Ağ Evə geri dönür.

O, ABŞ-da hakimiyyətə ikinci dəfə fasilə ilə gələn ikinci prezidentdir. İlk dəfə Stiven Qrover Klivlend Ştatların 22-ci və 24-cü dövlət başçısı seçilib. Birinci dəfə o, 1885-ci ildən 1889-cu ilə qədər prezident olub. İkinci dəfə isə 1893-1897-ci illərdə bu vəzifəyə seçilib.

Donald Tramp isə 2016-2020-ci illərdə prezident olub. Bu ildən sonra fövqəladə hal baş verməzsə, ABŞ-ın 45-ci və 47-ci prezidenti 2028-ci ilədək daha dörd il bu vəzifəni icra edəcək.

Trampın Ağ Evə qayıdışı dünyada geosiyasi və hərbi toqquşmaların kəskinliyinin kuliminasiya nöqtəsinə təsadüf edir. O, dəfələrlə çıxışlarında Rusiya-Ukrayna müharibəsini bir gün içərisində həll edəcəyini, yeni müharibələrin başlamasına izn verməyəcəyini bildirib. İndi Ağ Evin yeni rəhbəri hadisələrə yeni yanaşma gətirməyə məcburdur.

Turkustan.az olaraq ikinci dəfə hakimiyyətə gəlməsinə sayılı günlər qalmış Donald Trampın geridönüşünün dünyaya və ölkəmizə nələr vəd etdiyini öyrənmək üçün suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsi rəsmi Bakı üçün nə vəd edir? 2 ölkə arasında nə kimi yeniliklər olacaq?

Trampın hakimiyyətə qayıtması bütün dünyada diqqətlə izlənilir və bir çox ölkələr Amerika siyasətində müəyyən dəyişikliklər olacağını gözləyir. Təbii ki, Azərbaycan da son 4 ildə Amerika ilə yaşanan gərgin münasibətlər fonunda yeni administrasiyanın Güney Qafqaz siyasətində o cümlədən Azərbaycanla münasibətində konstruktiv məcraya qayıdacağını düşünür və bunu arzulayır.

Trampın ilk hakimiyyəti dövründə açığı biz bunu görməmişdik, çünki həmin vaxt Trampın özünün əsas strateji hədəfləri var idi. Ancaq elə o dövrdə də hər iki dövlət arasında münasibətlər normal axarında idi. Azərbaycan prezidenti açıq şəkildə ifadə edib ki, bu gün ABŞ-Azərbaycan arasındakı münasibətlərin inkişaf etdirilməsi üçün zəmin var. Çünki Azərbaycan bu illər ərzində bölgədə yeni reallıqlar yaradıb və əhəmiyyətli coğrafı, strateji mövqeyə malikdir. Nəzərə alsaq ki, Azərbaycan həm də Nəqliyyat dəhlizlərinin qovşağı rolunda çıxış edir, bu baxımdan ümid edirik ki, Amerikanın yeni administrasiyası Bayden administrasiyasından fərqli siyasət yürüdəcək.

ABŞ-İRAN arasındakı münasibətlərdə hansı dəyişikliklər olacaq? Müharibə gözləniləndirmi?

Donald Trampın İrana münasibəti əvvəlki hakimiyyəti dövründən bəllidir. Düşünürəm ki, İran artıq Trampın sərt xətt tərəfdarı olduğunu bildiyindən onun prezidentliyi dövründə addımlarını daha diqqətlə, ölçüb-biçərək atacaq. Çalışacaq ki, Amerikanın qəzəbini öz üzərinə çəkməsin. Məhz İran prezidentinin Qərb mətbuatına verdiyi müsahibəsində də biz həmin çalarları aydın şəkildə gördük. İran yaxşı bilir ki, Baydendən fərqli olaraq Tramp daha qətiyyətli və cəsarətl qərarlar qəbul etmək iqtidarındadır. Ona görə də İran kifayət qədər ehtiyatlı davranmağa çalışacaq. Çox güman ki, Tramp da hazırkı vəziyyətdə İranla qarşıdurmada maraqlı deyil.Trampın əsas diqqətinin Çinlə olan münasibətə eləcə də Ukrayna-Rusiya müharibəsinə yönələcəyini düşünürəm.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri