Trampın son hədiyyəsi və Maskın gözü: sosial medianı çalxalayan FOTO
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Sosial mediada İlon Mask fotosu gündəm olub. Belə ki, ABŞ Prezidenti Donald Tramp vida nitqi zamanı milyarder İlon Maskı “Ağ Evin qızıl açarı” ilə mükafatlandırarkən görüntülərdə Maskın üzü diqqətdən yayınmayıb – sağ gözü altındakı göyərti sosial şəbəkələrdə sual doğurub.
Globalinfo.az xəbər verir ki, Tramp İlon Maskın dövlət aparatının effektivliyinin artırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib və bu münasibətlə ona Ağ Evin simvolik qızıl açarını təqdim edib.
Lakin konfransda iştirak edənlərin və sosial media istifadəçilərinin diqqətindən Maskın gözü altındakı göy ləkə yayınmayıb. Bu görüntü müxtəlif ehtimallara yol açsa da, jurnalistlər əvvəlcə məsələ ilə bağlı sual verməyiblər.
Daha sonra Mask məsələni özü izah edib:
“Oğlum İks məni yumruqla vurdu. Beşyaşlı bir uşaq belə bunu bacarır”, – deyə zarafatyana açıqlama verib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 31 May 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















