Icma.az
close
up
RU
Trampın sülh planlarının pərdəarxası Britaniyalı politoloq gözdən qaçan məqamlara diqqət çəkdi

Trampın sülh planlarının pərdəarxası Britaniyalı politoloq gözdən qaçan məqamlara diqqət çəkdi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Globalinfo.az beynəlxalq siyasət gündəminin əsas mövzuları barədə irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşla müsahibəni təqdim edir:

– ABŞ Prezidenti Donald Trampın 20 bəndlik Qəzza planı bölgədə sülhü təmin edə biləcəkmi? Sizcə, Fələstin dövlətinin yaradılması mümkün olacaq? Qəzzanın işğalı davam edir. Burada humanitar fəlakət durdurulacaqmı?

– Fikrimcə, Trampın planının regiona sülh gətirməsi ehtimalı çox azdır. O, qeyri-müəyyən olması və İsrailin manipulyasiyalarına məruz qala biləcəyi səbəbindən fələstinlilər üçün məqbul sayılmaya bilər. Hesab edirəm ki, bu plan, ilk növbədə, Qərb liderlərini BMT-nin İsrailə qarşı tətbiq etdiyi “soyqırım” damğasından uzaqlaşdırmaq üçün nəzərdə tutulmuş şou xarakteri daşıyır. Nəticədə humanitar fəlakət çox güman ki, davam edəcək. Bunun davam etməsində HƏMAS günahlandırılacaq. Qərb və Ərəb hökumətləri özlərini əlverişsiz vəziyyətdən çıxmış hesab edəcəklər. Bu, təbii ki, İsrail dövləti tərəfindən görülməmiş cəzanı almaqda olan fələstinlilər üçün dəhşətli faciədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa Qəzzada sülhün əldə olunması istiqamətində göstərdiyi səy üçün təşəkkür edib. Bu, həm də Ankaranın, ABŞ-ın İsrailin də razılıq verdiyi Qəzza planını təsdiqləməsi kimi dəyərləndirilir. Sözügedən plan anklavda sülhün bərqərar olması ilə nəticələnə bilərmi? Proseslərin gedişatında Vaşinqtonun Ankara və Təl-Əviv arasındakı gərginliyin azalması ilə bağlı müəyyən addımlar atması mümkündürmü?

– Deməliyəm ki, bu, “tarixin ən görkəmli prezidenti”nin eqosunu oxşamaq üçün edilən kiçik cəhdlərdir. Maraqlıdır, onlar nə qədər səmimidir. Mən Türkiyənin mövqeyindən əmin deyiləm. Ərdoğan yəqin ki, HƏMAS-ın fələstinliləri humanitar fəlakətdən və onları tam soyqırımdan xilas etmək üçün Trampın planını qəbul edəcəyinə ümid edir. Fikrimcə, bu cür natamam planı qəbul etmək üçün yeganə səbəb bu ola bilər. Tramp ümid edəcək ki, İsrail və Türkiyə arasında qarşıdurma ABŞ-a məxsus qırıcıların satışı və onun planının qəbul edilməsi ilə azaldıla bilər, çünki bu qarşıdurma Suriyanı və ümumilikdə regionu çox təhlükəli münaqişəyə, eləcə də ABŞ üçün daha pis ssenaridə Türkiyəni İranla müttəfiqliyə cəlb etmək potensialına malikdir.

– ABŞ və İsrailin İrana yenidən hücuma keçəcəyinə dair məlumatlar yayılır. Son olaraq ABŞ Prezidenti Donald Trampın bu ölkədəki nüvə obyektləri ilə bağlı açıqlaması narahatlığı daha da artırıb. Tramp İrana 12 günlük hücumun edilməyəcəyi təqdirdə bu ölkənin 2 ay ərzində nüvə silahı əldə edəcəyini bildirib. Ağ Ev rəhbəri həmçinin hücumların təkrarlanma ehtimalının olduğunu söyləyib. Digər tərəfdən, Rusiya da İrana hücum təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Yaxın zamanda təkrar İsrail-İran müharibəsi yaşana bilərmi? Budəfəki qarşıdurma nə ilə nəticələnəcək?

– Həqiqətən də İsrail və ABŞ-ın İrana növbəti hücumu ilə bağlı çox sayda fərziyyələr var. Bu cür xəbərlər bu il baş verən 12 günlük müharibə haqqında bizə deyilən 2 şeyin yalan olduğunu göstərir. Aydın olur ki, Trampın İranın nüvə obyektlərini bombalaması müharibəni dayandırmaq üçün onun iddia etdiyi kimi uğur deyil, tamamilə uğursuzluq idi. Əslində, İran İsraillə münaqişədə “Dəmir Qübbə” sisteminin İranın ballistik raketlərinə qarşı yararsız olduğunu göstərərək üstünlük qazanırdı. O vaxtdan bəri həm Rusiya, həm də Çinin İranın hava hücumundan müdafiə sistemini gücləndirdiyi bildirilir. İran öz mövcudluğuna ciddi təhlükə yaranarsa, güman ki, sionist dövlətin varlığına son qoymaq imkanına malikdir. Ona görə ki, İsrail İrana nə edirsə etsin, o, əhalisinin sayı çox olan böyük bir ərazidir və bəlkə də onların Azərbaycan deyilsə, başqa gedəcək yeri yoxdur. Bunun əksinə olaraq, əksər israillilərin İsraildə qalmamaq üçün ikili vətəndaşı olduqları digər ölkələrə getmək seçimi var. Buna görə də Tramp çox diqqətli olmalıdır. O, burada səhvə yol versə, bütün bölgəni fəlakətə sürükləyə bilər.

Patrik Uolş

– Trampın son açıqlamaları beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. O, Rusiya sahillərinə nüvə sualtı qayıqları göndərdiyini bildirərək bunun “sadəcə ehtiyat tədbiri” olduğunu vurğulayıb. “Rusiya bizi bu yaxınlarda bir az təhdid etdi. Mən nüvə sualtı qayıqlarını – indiyə qədər yaradılmış ən ölümcül silahları – Rusiya sahillərinə göndərdim. Sadəcə ehtiyat tədbiri olaraq”, – Tramp deyib. O əlavə edib ki, Vaşinqton “nüvə” sözünün sağa-sola atılmasına imkan verməməlidir. Bu, Rusiya ilə müharibəyə gizli hazırlıqdırmı? Moskvanın Trampın sözlərinə reaksiyası hansı formada ola bilər? Bu açıqlama Rusiya-ABŞ münasibətlərinə də təsir edəcəkmi? Və ya dolayı yolla Kremlə təhdiddirmi?

– Hesab edirəm ki, bu, Trampın şoumenliyidir. Nüvə sualtı qayıqlarını düşmənə yaxın yerdə istifadə etməyə ehtiyac yoxdur. Onlar əslində orada daha müdafiəsizdirlər. Bu, sadəcə olaraq “qılınc cingildətməkdir”.

– ABŞ Müdafiə Nazirliyinin adı rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirilib. Ötən gün Pentaqonda nazir və generalların iştirakı ilə baş tutan iclasda yekun dəyişiklik elan edilib. Pentaqonun rəhbəri yenicə bərpa olunmuş Müharibə Nazirliyinin yeganə missiyasının döyüş əməliyyatları aparmaq olduğunu bildirib. Bu dəyişiklik nədən qaynaqlanır və nəyin anonsudur? Müharibə Nazirliyi döyüş əməliyyatları dedikdə bunu kimə qarşı nəzərdə tutur?

– Proseslərin bu cür inkişafını alqışlamaq lazımdır. Elə görünə bilər ki, adın “Müdafiə”dən “Müharibə”yə dəyişilməsi ABŞ-ın apardığı müharibələrin sayının kəskin artması ilə nəticələnəcək, ancaq ehtimal ki, bunun indi əksi olmalıdır, Müharibə Departamenti dünyada daha sülhsevər strategiya izləyir!

– Ukrayna Prezidenti Volodimir Zelenski artıq 7 gündür Zaporojye Atom Elektrik Stansiyasının fövqəladə vəziyyətdə olduğunu açıqlayıb. Prezident stansiya qurğularının Rusiyanın zərbələri nəticəsində elektrik şəbəkəsindən ayrıldığını və hazırda yalnız dizel generatorları ilə işlədiyini bildirib. Zaporojyedəki vəziyyət Ukraynaya necə təsir göstərəcək? Xəbərdarlıq edildiyi kimi ciddi nəticələr ola bilərmi?

– Prezident Zelenskinin açıqlamalarını daha çox “canavar!” deyə qışqıran oğlan”a bənzədirəm. Zelenski o qədər tez-tez “canavar!” deyə qışqırıb ki, o, haqlı olsa belə, artıq ciddi qəbul olunmur.

– Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Zəngəzur dəhlizi ilə bağlı ritorikasını sərtləşdirib. Paşinyan və hökumət üzvləri Azərbaycan rəsmilərinin çıxışlarında dəhlizi “Zəngəzur” adlandırmasına görə xəbərdarlıq edir, hətta bunu təxribat adlandırırlar. Analitiklərin fikrincə, bu, Moskvada baş tutan görüşdən sonra Paşinyanın Putinin sözlərini dinləyərək layihəyə bir növ maneə yaratmaq cəhdidir. İrəvanda nə baş verir? Putin Paşinyana Zəngəzur dəhlizi ilə bağlı hansı tapşırığı verib?

– Əksər sazişlər münaqişəyə son qoymur, əslində mövcud münaqişə üçün yeni döyüş meydanı yaradır. Biz bunu indi “Tramp marşrutu” nümunəsində görürük. Münaqişə yeni kontekstdə davam edir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri