Icma.az
close
up
RU
Trampın sülh sazişindəki rolu: Amerikalı politoloqdan maraqlı bənzətmə

Trampın sülh sazişindəki rolu: Amerikalı politoloqdan maraqlı bənzətmə

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ-də Donald Trampın yeni administrasiyasında vəzifə tutacaq namizədlər bəlli olur.

Dünya, o cümlədən Azərbaycan yeni rəhbərliklə necə əməkdaşlıq edəcəyini maraqla gözləyir. Yeni administrasiya ilə bağlı müxtəlif təxminlər ortaya çıxır.

Bu dəyişikliklər yalnız ABŞ və Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Trampın hakimiyyətə gəlməsi ilə regionda və dünyada yeni dövrün başlanacağı gözlənilir.

Amerikalı politoloq, insan hüquqları və milli təhlükəsizlik üzrə hüquqşünas, İnformasiya Müharibəsinin Vaşinqton Autsider Mərkəzində İdarə Heyətinin üzvü, baş redaktor İrina Tsukerman “Cebheinfo.az”-a açıqlamasında Cənubi Qafqaz məsələlərinin Tramp administrasiyası üçün yüksək prioritet daşımadığını bildirib.

O, Tramp administrasiyanın ilk 100 günündə səylərini Ukraynada və Yaxın Şərqdə davam edən münaqişələrin həlli üzərində cəmləşdirəcəyini söyləyib:

“Prioritet məsələlər xarici və daxili siyasət öhdəliklərinin çoxluğundan asılıdır. Bundan əlavə,Tramp hələ Dövlət Departamentinə müvafiq vəzifəli şəxsləri seçməyib. Buna görə çox şey onun seçəcəyi namizədlərdən və onların nə qədər tez təsdiq olunmasından asılı olacaq.

Bununla belə, Trampın heç bir şəkildə sülh prosesinə, özü barədə yaradılacaq "böyük müqavilə bağlayan", "sülh qurucusu" imicinə qarşı olacağına dair əlamət yoxdur.

Çox güman ki, Tramp belə bir prosesi dəstəkləmək üçün müəyyən resurslar ayıracaq. Bunu da təhlükəsizlik problemlərinin həllində, rəsmi Bakı ilə müdafiə sahəsində əməkdaşlığın bərpasında faydalı kimi təqdim edəcək”.

İ.Tsukerman Trampın regional inteqrasiyaya, potensial enerji və ticarət əlaqələrinə də maraq göstərəcəyini deyib. Onun fikrincə, bu prosesi əngəlləməyə çalışan erməni lobbiçiləri Trampa təsir göstərə blməyəcək:
“Respublikaçılardan ibarət Konqreslə işləyərkən, bu cür cəhdlər daha az təsirli olacaq. Amma yenə də Bakı ilə münasibətləri bərpa etmək vaxt aparacaq. Sülh prosesinə dair xüsusi siyasət rəsmi Bakı tərəfindən irəli sürülməlidir, bu da avtomatik olmayacaq.

Trampın şəxsən məsələyə diqqəti çox azdır. Onun yaxın məsləhətçilərinin çoxu rusiyayönümlü geosiyasi mülahizələrdən və danışıqlardan təsirlənirlər. Üstəlik, İran artıq Trampın rəsmiləri ilə əlaqələr qurmağa çalışır. Bu da sülh razılaşmasının bəzi nəticələri ilə ziddiyyət təşkil edə bilər.

Trampın məqsədləri daha çox ticarət və praktiki xarakter daşıyacaq. Bu, insan hüquqları və demokratiya məsələlərindən daha çox onun və ABŞ-nin bu prosesdən nə əldə edə biləcəyi ilə bağlı olacaq. Bu səbəbdən prosesi dəstəkləməkdə və erməni lobbisinin rəvayətlərinin qarşısını almaqda ABŞ-nin öz marağı olmalıdır”.

Həmsöhbətimiz bildirib ki, sülh prosesini yeni bir daşınmaz əmlak sövdələşməsi kimi təqdim etmək faydalı ola bilər:

“Trampın bu ssenaridəki rolunu yeni "İbrahim Sazişləri" kimi göstərmək olar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri