Icma.az
close
up
RU
Trampın sülh sazişindəki rolu:Amerikalı politoloqdan maraqlı bənzətmə

Trampın sülh sazişindəki rolu:Amerikalı politoloqdan maraqlı bənzətmə

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ-də Donald Trampın yeni administrasiyasında vəzifə tutacaq namizədlər bəlli olur. 

Dünya, o cümlədən Azərbaycan yeni rəhbərliklə necə əməkdaşlıq edəcəyini maraqla gözləyir. Yeni administrasiya ilə bağlı müxtəlif təxminlər ortaya çıxır.

Bu dəyişikliklər yalnız ABŞ və Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Trampın hakimiyyətə gəlməsi ilə regionda və dünyada yeni dövrün başlanacağı gözlənilir.

Amerikalı politoloq, insan hüquqları və milli təhlükəsizlik üzrə hüquqşünas, İnformasiya Müharibəsinin Vaşinqton Autsider Mərkəzində İdarə Heyətinin üzvü, baş redaktor İrina Tsukerman “Cebheinfo.az”-a açıqlamasında  Cənubi Qafqaz məsələlərinin Tramp administrasiyası üçün yüksək prioritet daşımadığını bildirib. O, Tramp administrasiyanın  ilk 100 günündə səylərini  Ukraynada və Yaxın Şərqdə davam edən münaqişələrin həlli üzərində cəmləşdirəcəyini söyləyib:

“Prioritet məsələlər xarici və daxili siyasət öhdəliklərinin çoxluğundan asılıdır. Bundan əlavə,Tramp hələ Dövlət Departamentinə müvafiq vəzifəli şəxsləri seçməyib. Buna görə çox şey onun seçəcəyi namizədlərdən və onların nə qədər tez təsdiq olunmasından asılı olacaq. 

Bununla belə, Trampın heç bir şəkildə sülh prosesinə, özü barədə yaradılacaq "böyük müqavilə bağlayan", "sülh qurucusu"  imicinə qarşı olacağına dair əlamət yoxdur. 

Çox güman ki, Tramp belə bir prosesi dəstəkləmək  üçün müəyyən resurslar ayıracaq. Bunu da  təhlükəsizlik problemlərinin həllində, rəsmi Bakı ilə müdafiə sahəsində əməkdaşlığın bərpasında faydalı kimi təqdim edəcək”.

İ.Tsukerman Trampın regional inteqrasiyaya, potensial enerji və ticarət əlaqələrinə də maraq göstərəcəyini deyib. Onun fikrincə, bu prosesi əngəlləməyə çalışan  erməni lobbiçiləri Trampa təsir göstərə blməyəcək: 
“Respublikaçılardan ibarət Konqreslə işləyərkən, bu cür cəhdlər daha az təsirli olacaq. Amma yenə də Bakı ilə münasibətləri bərpa etmək vaxt aparacaq. Sülh prosesinə dair xüsusi siyasət rəsmi Bakı tərəfindən irəli sürülməlidir, bu da avtomatik olmayacaq. 

Trampın şəxsən məsələyə diqqəti çox azdır. Onun yaxın məsləhətçilərinin çoxu rusiyayönümlü geosiyasi mülahizələrdən və danışıqlardan təsirlənirlər. Üstəlik, İran artıq Trampın rəsmiləri ilə əlaqələr qurmağa çalışır. Bu da sülh razılaşmasının bəzi nəticələri ilə ziddiyyət təşkil edə bilər.

Trampın məqsədləri daha çox ticarət və praktiki xarakter daşıyacaq. Bu, insan hüquqları və demokratiya məsələlərindən daha çox onun və ABŞ-nin bu prosesdən nə əldə edə biləcəyi ilə bağlı olacaq. Bu səbəbdən prosesi dəstəkləməkdə və erməni lobbisinin rəvayətlərinin qarşısını almaqda ABŞ-nin öz  marağı olmalıdır”. 

Həmsöhbətimiz bildirib ki, sülh prosesini yeni bir daşınmaz əmlak sövdələşməsi kimi təqdim etmək faydalı ola bilər:

“Trampın bu ssenaridəki rolunu yeni "İbrahim Sazişləri" kimi göstərmək olar”. 

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri