Icma.az
close
up
RU
“Trampın təzyiqi ədalətsizdir, Donbas güzəşti referendumdan keçməz“ Zelenski

“Trampın təzyiqi ədalətsizdir, Donbas güzəşti referendumdan keçməz“ Zelenski

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ukrayna müharibənin hazırkı cəbhə xətti üzrə dondurulmasını mümkün sülh əsası kimi istisna etmir..."

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ prezidenti Donald Tramp onu müharibəni sürətlə başa çatdırmaq üçün həddindən artıq sıxışdırır.

Moderator.az xəbər verir ki, bu barədə o, "axios.com" nəşrinə verdiyi müsahibədə bəyan edib.

Zelenski bildirib ki, Trampın açıq şəkildə Ukraynanı güzəştə çağırması, lakin oxşar çağırışların Rusiyaya yönəlməməsi "ədalətsizdir". Prezident

ümid edir ki, bu yanaşma yalnız taktiki xarakter daşıyır və yekun qərar deyil.

Zelenski qeyd edib ki, amerikalı vasitəçilər Stiv Uitkoff və Cared Kuşnerlə şəxsi təmasları qarşılıqlı hörmət şəraitində keçir və birbaşa təzyiq hiss etmir: "Biz bir-birimizə hörmət edirik. Mən asanlıqla təslim olan insan deyiləm".

Eyni zamanda Tramp son günlər iki dəfə bəyan edib ki, sülh prosesinin irəliləməsi üçün ilk addımı Kiyev atmalıdır. O, Ukraynanın tezliklə danışıqlar masasına əyləşməsinin vacibliyini vurğulayıb.

Güzəştə "yox", cəbhə xəttinə görə dondurma mümkündür

Zelenski müsahibəsində Moskvanın bütün Donbasın ilhaqı ilə bağlı tələblərini qəti şəkildə rədd edib. Onun sözlərinə görə, hətta belə bir razılaşma referendumda səsverməyə çıxarılsa belə, Ukrayna xalqı bunu dəstəkləməyəcək. "İnsanlar bunu emosional olaraq heç vaxt bağışlamaz. Nə mənə, nə də ABŞ-a", o,  bildirib. 

Prezident əlavə edib ki, ukraynalılar niyə əlavə ərazilərdən imtina etməli olduqlarını anlaya bilmirlər. Bununla yanaşı, Zelenski müharibənin hazırkı cəbhə xətti üzrə dondurulmasının mümkün kompromis variant kimi nəzərdən keçirilə biləcəyini də istisna etməyib. O vurğulayıb ki, davamlı sülh yolu Rusiyaya "qələbə hədiyyə etməkdən" keçmir.

Hazırda Cenevrədə Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar davam edir və əsas mübahisə mövzusu Donbas üzərində nəzarət məsələsidir. Zelenskinin mövqeyi isə dəyişməz qalır: birtərəfli ərazi güzəşti mümkün deyil, lakin real vəziyyət nəzərə alınmaqla siyasi həll variantları müzakirə oluna bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Fevral 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri