Trampın Yaponiyadakı bu hərəkəti gündəm oldu: Siz çox yaraşıqlısınız
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Yaponiyaya rəsmi səfəri zamanı Tokio sahillərində lövbər salmış “USS George Washington” təyyarədaşıyan gəmisində çıxışı ilə gündəm yaradıb.
Globalinfo.az xəbər verir ki, Tramp təkcə hərbçiləri tərifləməyib, həm də səhnədə rəqs edərək, özünəməxsus üslubda çıxış edib.
Gəminin nəhəng anqar qapıları açılan kimi Tramp döyüş təyyarələrinin arasında səhnəyə çıxaraq, ordunun qüdrətindən bəhs edib:
“Heç kim bizim kimi avadanlıq hazırlaya bilmir. Sursat, silah, raket, təyyarə – bunları bizim qədər heç kim istehsal edə bilməz. Amma bir gün kimsə etsə belə, Amerika dənizçiləri onları əzəcək, batıracaq və məhv edəcək!”
Tramp çıxışı zamanı ordunun gücünün yalnız texnologiyadan deyil, əsgərlərin öz fədakarlığından qaynaqlandığını vurğulayıb:
“Bizim əsl gücümüz bu gəmidəki insanlardır. Siz inanılmaz dərəcədə cəsur, qeyri-adi və… çox yaraşıqlısınız! Düzünü desəm, yaraşıqlı insanları sevmirəm, amma siz istisnasınız.”
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Oktyabr 2025 06:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















