Icma.az
close
up
RU
Trampın yeni hədəfi: Rusiya və Ukraynanı nə ilə vuracaq ?

Trampın yeni hədəfi: Rusiya və Ukraynanı nə ilə vuracaq ?

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya-Ukrayna müharibəsinin uzanacağı təqdirdə Tramp administrasiyası həm Kiyevə, həm də Moskvaya təzyiq göstərmək üçün yeni planlar hazırlayır. Bildiyimiz kimi, Rusiyaya artıq bir çox sanksiya tətbiq olunub. 

Maraqlıdır ki, bundan sonra hansı effektiv sanksiya tətbiq edilə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ukraynada atəşkəsin əldə edilməməsinin səbəbkarı Putindir:

“ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifinə rəsmi Kiyev qeyd-şərtsiz razı olsa da, rəsmi Moskva bir sıra şərtlərlə çıxış etdi. Ukraynada atəşkəsin əldə edilməməsində birbaşa Rusiya prezidenti məsuliyyət daşıyır. Tramp da Putini manipulyasiya etdiyini deyib. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi geopolitik qarşıdurmadır. Rusiya bu müharibədən istifadə edərək fövqəldövlət kimi tanınmasını tələb edir. Öz təsir zonasının ABŞ tərəfindən qəbul edilməsinə çalışır. Təbii ki, rəsmi Vaşinqton da buna getmir. Ona görə də tərəflər arasında danışıqlar demək olar ki, fiaskoya uğrayıb. Bu da gözlənilən idi”. 

Politoloq vurğulayıb ki, ABŞ Rusiyaya təzyiq etmək üçün Ukraynaya hərbi yardımları intensivləşdirməlidir:

“Trampın həyata keçirdiyi siyasət birmənalı deyil. Putin ondan öz siyasi məqsədləri üçün istifadə edir. Tramp da artıq həqiqətləri görür, apardığı siyasətin dalana dirəndiyinin fərqindədir. Rusiyaya bir neçə sanksiya tətbiq olunub, yenilərinin də olacağı istisna deyil. Neft əməliyyatlarına da 500 faizlik rüsumun tətbiq ediləcəyi deyilir. ABŞ Ukraynaya geniş şəkildə yardımlar etsə, bu, Rusiyaya qarşı ən effektiv təzyiq hesab oluna bilər”. 

Firuzə Əliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri