Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Trampla bağlı ağlasığmaz iddia: Ən böyük rəqibi belə qorudu

Trampla bağlı ağlasığmaz iddia: Ən böyük rəqibi belə qorudu

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Axios” Prezident Donald Trampın ABŞ-ın Çini cilovlamağa yönəlmiş illərlə formalaşmış siyasətinə zidd addımlar atdığını və qarşıdurma strategiyası əvəzinə təsir dairələrinin bölüşdürülməsi strategiyasını seçdiyini yazıb.

Nəşr son vaxtlar Trampın Vaşinqtondakı ən böyük Çin tərəfdarı kimi qəbul edildiyini vurğulayıb. Bu kontekstdə onun ötən il baş vermiş genişmiqyaslı kiberhücumlara cavab olaraq Çinə qarşı sanksiya tətbiqindən imtina etməsi, həmçinin “Nvidia H200” çiplərinin bu ölkəyə ixracına qoyulan qadağanı ləğv etməsi xatırladılır. Bənzər dəyişikliyin Trampın Rusiya ilə bağlı strategiyasında da müşahidə olunduğu vurğulanır.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Tramp hakimiyyətə gəldikdən sonra Birləşmiş Ştatların xarici siyasətində köklü dəyişikliklər müşahidə olunmaqdadır:

“ABŞ-ın xarici siyasət strategiyasını dəyişdiyi görünürdü və artıq vəziyyət rəsmi sənəddə əksini tapıb. Bunun geri çəkilmə, reallıqla barışma,  yoxsa dövlətlərin və cəmiyyətlərin inkişaf xarakterinin nəzərə alınaraq növbəti hücum planına hazırlıq olduğunu indi söyləmək çətindir. Ancaq ABŞ-ın Rusiya kimi aqressora qarşı sərt mövqe sərgiləmədiyi, əksinə onu müdafiə etdiyi, Avropa İttifaqı ilə maraqlarını ayırdığı, Çinlə münasibətlərdə dialoqa üstünlük verdiyi göz qabağındadır.


Mütəllim Rəhimli

Hazırda hər kəs Trampın nə etmək istədiyi sualına cavab axtarır. Avropa İttifaqı ölkələri sözün həqiqi mənasında şok keçirir. Qoca qitə ABŞ-dan təsəvvür etmədiyi iqtisadi və siyasi davranışı görməkdədir. Həm də bu münasibətə hazırlıqsız yaxalanıb. Əlində olan yeganə təsir vasitəsi – Ukrayna kartından istifadə edərək sanballı statusa malik olduğunu və lazımlılığını sübut etməyə çalışır. Rusiya-ABŞ əməkdaşlığı isə Ukraynanı parçalamaq ərəfəsindədir. Belə çıxır ki, regionun siyasi və geosiyasi xəritəsi tezliklə dəyişə bilər.

ABŞ-Çin münasibətləri isə bir-birinə toxunmamaq prinsipinə söykənir. Ona görə də hər bir tərəf özünün iqtisadi və siyasi gücünü artırmaqla məşğuldur.  Bu sahədə üzə çıxan toqquşmaları danışıqlar masasında həll etməyə üstünlük verirlər.

Müşahidələr göstərir ki, Birləşmiş Ştatlar uzun illər çiynində daşıdığı sülh, demokratiya, insan hüquqlarının qorunması kimi missiyasını yerinə yetirmək istəmir. Ancaq unutmaq olmaz ki, mövcud ssenarilərin müəllifi də ABŞ-ın özüdür”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see634

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see309

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see296

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see284

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see280

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see261

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see260

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see256

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see255

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see252

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see244

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see236

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see211

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see210

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see209

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see204

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see199

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see196

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri