Trampla görüşü qalmaqala səbəb oldu
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi və komanda yoldaşlarının MLS kubokundakı çempionluq münasibətilə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü qalmaqala səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, martın 5-də baş tutan rəsmi qəbul zamanı Trampın Yaxın Şərqdəki hərbi əməliyyatlar və İrana endirilən zərbələr barədə danışarkən futbolçuların onu alqışlaması azarkeşlərin sərt reaksiyası ilə qarşılanıb.
Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan Messi “münaqişəni dəstəkləməkdə” ittiham edilib və minlərlə pərəstişkarı onu izləməyi dayandırdığını bildirib. Narazı kütlə, xüsusilə Messinin Tramp tərəfindən hərbi yeniliklərin elan edildiyi anlarda səhnədə olmasını və bu siyasi çıxışa reaksiya verməsini “böyük ləkə” kimi qiymətləndirib.
Xatırladaq ki, “İnter Mayami” 2025-ci ilin noyabrında “Vankuver Uaytkeps” komandasına qalib gələrək MLS Kubokuna sahib çıxmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Mart 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















