Icma.az
close
up
RU
Trans Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır

Trans Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səmərqənddə keçirilən sammitdə Avropa İttifaqı və Mərkəzi Asiyanın beş dövləti strateji tərəfdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər. SİA “Euronews”a istinadla xəbər verir ki, sammit iştirakçıları ilin sonunadək əlavə investisiyaların, xüsusilə də Trans-Xəzər nəqliyyat dəhlizinə sərmayələrin cəlb edilməsi məqsədilə forumun keçirilməsi barədə razılığa gəliblər. Bu dəhliz Avropa və Asiya regionları arasında yük ixracının müddətini əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) yerli ofisinin yaradılmasına imkan verəcək. Sammitin hər iki ildən bir keçirilməsi ideyası da dəstəklənib.

Qeyd edək ki, Avropa İttifaqı Səmərqənddə keçirilən iki günlük sammitin yekununa dair Mərkəzi Asiya ölkələri ilə yeni strateji tərəfdaşlıq elan edib. Forum qeyri-sabit geosiyasi və iqtisadi şəraitdə baş tutub. Bu, ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrə, o cümlədən ABŞ-ın müttəfiqləri olan Böyük Britaniya və Aİ-yə qarşı yeni ticarət rüsumları tətbiq etməsindən sonra baş verib. Bu addım bazarlarda narahatlıq yaradıb və dünya liderləri tərəfindən tənqid olunub.

Sammitdə Avropa İttifaqının prezidenti Antoniu Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak ediblər.

Ursula fon der Lyayen bəyan edib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri üçün ümumi dəyəri 12 milyard avro olan investisiya paketi hazırlayıb.

Məlumata görə, bu məbləğin 3 milyard avrosu nəqliyyat sahəsində layihələrin maliyyələşdirilməsinə, 2,5 milyard avro isə strateji xammalla bağlı layihələrə sərmayə qoyulmasına yönəldiləcək. Həmçinin 6,4 milyard avro su ehtiyatları, enerji və iqlim sahəsində layihələrə, 100 milyon avro isə peyk internetinin inkişafına sərf olunacaq.

Avropa İttifaqı üçün təmiz enerji və nadir torpaq metallarına çıxış böyük əhəmiyyət daşıyır. Aİ 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağa və strateji sektorlarda öz muxtariyyətini gücləndirməyə çalışır.

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini ilə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir. Son illərdə bu dəhliz üzrə yükdaşımaların həcmi 8 dəfə artıb. Əgər 2021-ci ildə daşınan yüklərin həcmi 560 min ton idisə, 2024-cü ildə bu rəqəm 4,5 milyon tona çatıb. Bu il üçün proqnoz 4,9 milyon ton, 2029-cu ilə qədər isə yükdaşımaların 10 milyon tona çatacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Aprel 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri