Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu Trampdan tarixi qərar
Icma.az bildirir, Sfera.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan transgender idmançılar qadınlar arasında keçirilən yarışlarda iştirak edə bilməyəcəklər.
Sfera.az bildirir ki, Ağ Evdən verilən məlumata görə, bu fərman qadın idmançılar arasında bərabər şərtlərin təmin edilməsi, rekordların və rəqabət mühitinin qorunması baxımından atılmış önəmli addımdır. Trampın qərarı ABŞ-ın Olimpiya və Paralimpiya komitələri tərəfindən də dəstəklənib.
Tramp bu təşəbbüsü təqdim edərkən bildirib:
“Qadınlar öz kateqoriyalarında ədalətli şəkildə yarışmalı, fiziki üstünlüyü olan kişilərlə eyni start xəttində olmamalıdırlar. Biz qadın idmanını qorumalıyıq – bu, həm biologiyaya, həm də sağlam rəqabətə əsaslanmalıdır.”
Tramp administrasiyasının bu addımı Amerika cəmiyyətində müsbət qarşılanıb və bir çox qadın idmançılar və məşqçilər bu qərarı alqışlayıblar. Onlar hesab edirlər ki, bu fərman qadınların idman uğurlarının kölgədə qalmasının qarşısını alacaq və cinsiyyət fərqlərinə uyğun rəqabət mühiti yaradacaq. (Musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 İyul 2025 02:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















