Tranzit həmrəylik yolu: Azərbaycanın xüsusi texnika karvanı Qazaxıstandan keçməklə Qırğızıstana gedir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 2 aprel, AZƏRTAC
Qazaxıstanın Atırau vilayətinə aprelin 1-də Azərbaycandan Qırğızıstana göndərilən yanğınsöndürmə texnikası karvanı daxil olub.
AZƏRTAC Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Atırau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşları xüsusi texnikada olan xilasedici həmkarlarını hərarətlə qarşılayıblar.
Onlar Atırau xilasedicilərinin müşayiəti ilə Bişkekə doğru yollarını Aktobe vilayətinə doğru davam etdiriblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin Fövqəladə Hallar Nazirliyi Qırğızıstana maddi-texniki yardım göndərib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə göndərilən humanitar yardım 10 ədəd xüsusi təyinatlı “KAMAZ” markalı yanğınsöndürən maşınından ibarətdir.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə göndərilən bu texnika yanğının effektiv şəkildə söndürülməsi üçün bütün zəruri texniki parametrlərlə təchiz edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















