Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

Yuxusuz gecədən sonra bunu edin

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

Yeniliklər və trendlər: Azərbaycan beynəlxalq sərgiləri

Yeniliklər və trendlər: Azərbaycan beynəlxalq sərgiləri

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, beynəlxalq sərgilər mövsümünə may ayında start verəcək. Bu il Azərbaycanın müvafiq dövlət qurumları və strukturlarının dəstəyi ilə ümumilikdə 13 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. 

Sərgi təqvimində yer almış yaz mövsümü üzrə bir sıra sərgilər üçün 2025-ci il əlamətdar olacaqdır, belə ki, artıq milli brendə çevrilmiş bu sərgilər yubileyini qeyd edəcəkdir. Regionun ən böyük qida sənayesi üzrə ixtisaslaşmış sərgisi olan “InterFood Azerbaijan” sərgisi 30 illik yubileyini keçirəcək. 30 illik yubileyini qeyd edən digər tədbir isə Azərbaycanın enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsidir.

Sərgilərin ölkə üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tədbirləri ziyarət etməsi vurğulayır. Bütün sərgilər müvafiq dövlət qurumları və strukturlarının dəstəyi ilə keçirilir. 

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri

2025-ci ilin yaz sərgi mövsümünə 13-16 may tarixlərində regionun ən böyük beynəlxalq kənd təsərrüfatı və qida sənayesi tədbirləri olan 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri start verəcəkdir.

Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. 2024-cü ildə bu tədbirləri Prezident İlham Əliyevlə birgə Belarus Prezidenti Aleksandr Lukaşenko da ziyarət etmişdir.

“Caspian Agro” sərgisinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir.

Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.

2024-cü ildə bu tədbirlər rekord sayda iştirakçı auditoriyasına sahib olmuşdur. Belə ki, “Caspian Agro” və “InterFood Azerbaijan” ötən il Bakı Ekspo Mərkəzinin mümkün 4 zalını və açıq sahəsini əhatə etmişdir. Sərgilər 13000-ə yaxın ziyarətçini və ümumilikdə 38 ölkədən 500-ə qədər şirkəti bir araya gətirmişdir. Ötən illərlə müqayisədə sərgilərin miqyasında 10% artım müşahidə olunmuşdur. 

Bu il də Bakı Ekspo Mərkəzində əksər yerlər müxtəlif ölkələri təmsil edən sərgi iştirakçıları tərəfindən tutulmuşdur. Beləliklə, sərgilərdə iştirak üçün məhdud sayda yerlər qalmışdır.

Hazırda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Fransa, Hindistan, İordaniya, İran, İtaliya, Latviya, Misir, Niderland, Özbəkistan, Rusiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstan şirkətləri artıq iştiraklarını təsdiq ediblər. Almaniya, Belarus, Gürcüstan, İtaliya, Koreya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Hindistan və Misir milli qruplar şəklində kənd təsərrüfatı və qida sənayesi məhsullarını sərgilərdə təqdim edəcək. “Prior Leasing ASC” bu sərginin qeydiyyat sponsoru qismində çıxış edəcəkdir.

“Caspian Agro” regionun ən böyük kənd təsərrüfatı sərgisidir. Aqrar-sənaye sektoru iqtisadiyyatın sürətlə inkişaf edən və böyük perspektivləri olan sahəsidir. “Caspian Agro” yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayacaq.

Sərgi günlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Aqrar İnnovasiyalar Forumu keçiriləcəkdir. Forumda kənd təsərrüfatı sahəsinə aid vacib mövzulara toxunulacaqdır. Artıq ikinci ildir ardıcıl təşkil edilən forumda dayanıqlı kənd təsərrüfatının inkişafı, beynəlxalq əməkdaşlıq,  kənd təsərrüfatında innovativ həllər və digər mövzuların müzakirəsi planlaşdırılır.

Hər il təşkilatçılar Azərbaycanın müxtəlif regionlarından gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu il də sərgilər çərçivəsində fermerlər ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcəklər. Fermerlərin sərgiyə turlarının nəticəsi olaraq, təcrübə mübadiləsi təşviq edilir, bu da öz növbəsində istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edir.

2025-ci ildən etibarən Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yeni istiqamətdə əməkdaşlığı genişləndirir. Belə ki, regionlardan KOB-ların Bakıda keçirilən beynəlxalq sərgilərə cəlb edilməsinə başlanılır. KOBİA-nın dəstəyi ilə ölkənin müxtəlif regionlarından KOB-lar üçün bütün sərgilərdə iştirak etmələri məqsədilə turlar təşkil olunacaq. Bu təşəbbüs KOB-ların inkişafına, böyük biznes icmasına inteqrasiyasına, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına, sahə üzrə yeniliklərlə tanış olmasına və innovasiyaların tətbiqinə töhfə verəcək.

“Caspian Agro” sərgisi 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” ilə eyni məkanda – Bakı Ekspo Mərkəzində keçiriləcəkdir. Qida sənayesi sahəsində aparıcı beynəlxalq tədbirlərdən olan “InterFood Azerbaijan” sərgisi 2025-ci ildə 30 illik yubileyini qeyd edəcək. Bu sərgi uzun illərdir ki, qida sənayesi üzrə yerli və xarici istehsalçıları, distribütorları, topdansatış və pərakəndə ticarət nümayəndələrini, sektorun aparıcı oyunçularını bir araya gətirən əsas platformalardan biridir.

Hər il dünyanın müxtəlif ölkələrindən onlarla qida sənayesi istehsalçıları “InterFood Azerbaijan” sərgisində iştirak edərək öz məhsul və texnologiyalarını nümayiş etdirirlər. Sərgi təkcə qida və içkilərin təqdim olunduğu bir platforma deyil, həm də sənayedə ən son texnoloji yeniliklərin tanıdıldığı mühüm məkandır. Burada qida emalı texnologiyaları, qablaşdırma həlləri, sağlam qida və ekoloji təmiz məhsullar kimi sahələrdə ən yeni trendlərlə tanış olmaq mümkündür.

Azərbaycanın qida sənayesi sürətlə inkişaf edir və “InterFood Azerbaijan” bu prosesdə mühüm rol oynayır. Sərgi sayəsində yerli istehsalçılar beynəlxalq bazara çıxış imkanı əldə edir, xarici şirkətlər isə Azərbaycan bazarına sərmayə qoymağa daha çox maraq göstərirlər. Bu isə ölkənin ərzaq təhlükəsizliyi və ixrac potensialının gücləndirilməsinə xidmət edir.

Bu sərginin tədbirlər proqramı çərçivəsində təşkilatçıların dəstəyi ilə ənənəvi "Qızıl Şah 2025" Milli Kulinariya Çempionatı keçiriləcəkdir. Sayca 5-ci olan çempionatın təşkilatçısı Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasıdır.  Bu il çempionat “Halal Food”a həsr olunacaq və Bakı Ekspo Mərkəzinin 3-cü zalında keçiriləcəkdir.

“Qızıl Şah” Çempionatı Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) tərəfindən lisenziyalaşdırılmış tədbirdir və beynəlxalq norma və qaydalara uyğun keçirilir. 2024-cü ildən etibarən “Qızıl Şah” Çempionatı beynəlxalq komandaları qəbul etmək hüququna malikdir və “Worldchefs”in Kontinental Çempionatı statusunu almışdır. Çempionat çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Malayziya, 

Rusiya, Sinqapur, Türkiyə və Özbəkistanı təmsil edən aşbazlardan ibarət 8 komandanın iştirakı nəzərdə tutulur. Eyni zamanda çempionatda 30-dan çox yerli komanda yarışacaq və 300-dən yuxarı aşbaz fərdi iştirakçı kimi 10-dan artıq kateqoriya üzrə mübarizə aparacaq. Çempionatın münsiflər heyəti 16 ölkədən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin lisenziyalı aşbaz-hakimlərindən ibarət olacaqdır.

Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində ən vacib platformalardan biri olaraq, regionun əsas istehsalçı və distribyutorları ilə birbaşa əlaqə qurmaq fürsəti yaradacaq, şirkətlər məhsul və xidmətlərini potensial müştərilərə və tərəfdaşlara nümayiş etdirmək şansı əldə edəcəklər, həmçinin iştirakçılar müvafiq sənaye sahələrində olan ən son texnologiyalar və trendlərlə tanış olmaq imkanı qazanacaqlar.

Ən başlıcası isə bu tədbirlər Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək, ölkənin ixrac potensialının artırılması, xarici investisiyaları cəlb edilməsinə imkan yaradacaq, eyni zamanda qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayacaqdır.

“Baku Energy Week” (Bakı Enerji Həftəsi)

Yaz mövsümü 2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək enerji sahəsinin ən böyük hadisələrindən olan 30-cu Yubiley “Baku Energy Week” ilə davam edəcəkdir.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. 2024-cü ilin iyunun 4-də Bakı Ekspo Mərkəzində baş tutmuş “Baku Energy Week”in açılış mərasimində ölkə başçısı çıxış edərək, bu tədbirin ölkəyə xarici investisiyaların cəlb edilməsindəki rolunu vurğulayıb. Eyni zamanda, tədbirin beynəlxalq miqyasda əhəmiyyətini təsdiq edən amillərdən biri artıq uzun illərdir ki, Bakı Enerji Həftəsinin iştirakçılarına ABŞ və Türkiyə prezidentləri, Böyük Britaniya Baş nazirləri tərəfindən salamlama məktubları göndərilməsidir.

“Baku Energy Week”ə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.  

Bakı Enerji Həftəsi sənaye liderləri və innovatorlar üçün çox vacib bir tədbirdir. Belə ki, Bakı Enerji Həftəsi regionun aparıcı liderlərinin və dünya miqyasında enerji sektorunun ən önəmli iştirakçılarının bir araya gələrək, mühüm məsələləri müzakirə etdiyi və əhəmiyyətli qərarlar verdiyi effektiv bir platformadır.

Ötən il Bakı Enerji Həftəsini 7000-ə yaxın şəxs ziyarət edib, 36 ölkədən 300-dək şirkət qatılıb. Tədbir çərçivəsində 100-dən çox ikitərəfli işgüzar B2B və B2G görüşlər keçirilib. Hazırda 30 illik yubileyini qeyd edəcək Bakı Enerji Həftəsinə hazırlıq işləri aktiv şəkildə davam edir. Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Fransa, Gürcüstan, Hindistan, İsrail, İtaliya, Qazaxıstan, Lüksemburq, Macarıstan, Monako, Niderland, Özbəkistan, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edən şirkətlər artıq tədbirdə iştiraklarını təsdiq ediblər.   

“Baku Energy Week” enerji keçidi üzrə müzakirələr üçün əsas platforma olaraq statusunu daha da möhkəmləndirəcək. Ənənəvi enerji növlərindən yaşıl enerji yeniliklərinə qədər mövzuları əhatə edən bu tədbir, Azərbaycanın enerji təhlükəsizliyi və ətraf mühitə qarşı məsuliyyətində ölkənin liderliyini gücləndirməyə xidmət edir.

Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.

Bununla yanaşı, yubiley tədbirin proqramı da zəngin olacaqdır. Bakı Ekspo Mərkəzinin foyesində "Smart Energy Hub" adlı startap zonası, "Enerjinin sənətlə görüşdüyü yer" - instalyasiya zonası nümayiş olunacaq, həmçinin iştirakçı və ziyarətçilərin diqqətini cəlb edəcək digər maraqlı tədbirlər təşkil olunacaqdır.

“Baku Energy Forum”

3 və 4 iyun tarixlərində Bakı Konqres Mərkəzində “Baku Energy Week”in əsas hadisəsi olan “Baku Energy Forum” (Bakı Enerji Forumu) baş tutacaqdır. Bu il 30 illik yubileyini qeyd edən Forum “Baku Energy Week”in əsas iştirakçılarını, aparıcı dünya mütəxəssislərini, dövlət qurumlarının və özəl sektorun nümayəndələrini, investorları və biznes nümayəndələrini strateji dialoq üçün bir araya gətirir. Burada enerji sənayesinin gələcək gündəliyi formalaşır, strateji təşəbbüslər və inkişafın əsas tendensiyaları müzakirə edilir. Bu il “Baku Energy Forum”un əsas mövzuları dayanıqlı enerji sənayesinin inkişafı, enerji sektorunun rəqəmsallaşdırılması, yaşıl enerji layihələrinin sürətləndirilməsi və dekarbonizasiya üçün innovativ həllərin araşdırılmasıdır. Bu müzakirələr qlobal enerji sektorunun transformasiyasına istiqamət verərək onun gələcəyini müəyyənləşdirməkdə mühüm rol oynayacaqdır.

Tədbir çərçivəsində “Zero Waste” və “Zero Food Waste” təşəbbüsləri həyata keçirilir ki, bu da təşkilatçıların dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayır.

Enerji sahəsinin vacib məsələlərinin müzakirə olunduğu və uğurlu əməkdaşlıqların başlanğıcı olan “Baku Energy Week” çox sayda sponsorları cəlb edir. Hazırda Bakı Enerji Həftəsinin sponsorları arasında “ABB”, “Azfen”, “Baku Steel Company”, “bp”, “GAP İnşaat”, “Inpex”, “Kolin İnşaat”, “MOL Group”, “MVM”, “NewMed Energy”, “SLB”, “Tekfen İnşaat ve Tesisat”, “Total Energies”, “Türkiye Petrolleri AO” yer alır. Bu tədbirin intellektual tərəfdaşı “Boston Consulting Group”dur. Bakı Enerji Həftəsinin konsaltinq üzrə tərəfdaşı isə “Deloitte” şirkətidir.  

“TransLogistica Caspian” sərgisi

Qlobal ticarət marşrutlarında sürətli dəyişikliklər və artan nəqliyyat çağırışları şəraitində Azərbaycan, Avrasiya regionunun əsas nəqliyyat mərkəzi olaraq öz mövqeyini möhkəmləndirir. Nəqliyyat məsələlərinə həsr olunmuş son iclasda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nəqliyyat infrastrukturunun inkişafı və tranzit marşrutlarının optimallaşdırılması məsələlərini vurğulayıb. Bu kontekstdə beynəlxalq sənaye sərgilərinin rolu daha da artır.

2025-ci ilin 2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “TransLogistica Caspian”, nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir. Bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya regionunu peşəkarlarını bir araya gətirir.

Qlobal logistik marşrutların transformasiyası və artan rəqabət şəraitində, “TransLogistica Caspian” sərgisində iştirak, sektorda lider olmaq istəyən şirkətlər üçün vacib bir addım halına gəlir. Bu sərgi, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və "Orta Dəhliz", TRACECA və "Bir Kəmər, bir yol" təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.

“TransLogistica Caspian” sərgisinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO),

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir. Tədbirin sponsoru “Railgo” şirkətidir.

2025-cü ildə keçiriləcək tədbirlərin rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Gloria Flowers" və "Greenwich Travel Club" şirkətləri çıxış edəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Aprel 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see315

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see286

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see284

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see279

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see231

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see227

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see221

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see219

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see211

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see209

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see202

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see199

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see195

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see192

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see187

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see184

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see176

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see176

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri