Icma.az
close
up
RU
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70% nə daha tez çatacağını açıqlayıb

Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70% nə daha tez çatacağını açıqlayıb

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Trendyol 300-dən çox ofis, paylama və transfer mərkəzində I-REC sertifikatlı tamamilə bərpa olunan elektrik enerjisindən istifadəyə keçir. Bununla da şirkət öz əməliyyatlarında 2040-cı il üçün müəyyən etdiyi karbon neytrallığı hədəfinin təxminən 70%-nə planlaşdırıldığından daha tez çatacaq. 

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol “2024-cü il Dayanıqlılıq Hesabatı”nı dərc edib. Hesabat şirkətin dayanıqlılıq hədəfləri istiqamətində atdığı addımları və gələcək üçün müəyyən etdiyi strateji prioritetləri əks etdirir. Hesabata görə, Trendyol 2040-cı il karbon neytrallığı hədəflərinə doğru uğurla irəliləyir.

Şirkət dayanıqlılıq istiqamətində mühüm bir addım ataraq, 300-dən çox ofis, paylama və transfer mərkəzində I-REC sertifikatlı, tamamilə bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisindən istifadəni reallaşdırıb.

Trendyol hidroelektrik də daxil olmaqla, müxtəlif mənbələrin sertifikatlaşdırılmasının mümkün olduğu bu sistemdə günəş və külək enerjisinə  üstünlük verərək əməliyyatlarının ekoloji təsirini minimuma endirməyi hədəfləyir. Bu yanaşma sayəsində şirkət, öz əməliyyatlarında 2040-cı il üçün müəyyən etdiyi karbon neytrallığı hədəfinin təxminən 70%-nə planlaşdırılandan daha tez çatacağını açıqlayıb.

Erdem İnan: “Dayanıqlı inkişaf artıq seçim deyil, zərurətdir”

“2040-cı il karbon neytrallığı hədəflərimizi də əhatə edən dayanıqlılıq səyahətimizdə ilk gündən etibarən qətiyyətlə irəliləyir, texnologiya ilə innovasiya potensialımızdan cəmiyyət və dünya üçün davamlı dəyər yaratmaq məqsədilə istifadə edirik. Dayanıqlılıq strategiyamızın 3 illik mərhələsinə çatdıq və ilk gündən qarşıya qoyduğumuz hədəflərimizi yenidən qiymətləndirdik. 2024-cü il ərzində məlumat təhlili, təchizat zənciri səmərəliliyi və enerji idarəçiliyi sahələrində süni intellekt həllərini tətbiq edərək dayanıqlı transformasiya yolunda mühüm addımlar atdıq.

Bu gün çatdığımız səviyyəyə son nöqtə kimi yox, yeni mərhələnin başlanğıcı kimi baxırıq. Bu yanaşmanın əsasında dayanıqlılığın dinamik proses olması və ehtiyaclar dəyişdikcə, davamlı yenilənmə tələb etməsi anlayışı dayanır. Gələcəkdə də dəyişən şərtlərə, maraqlı tərəflərin gözləntilərinə və qlobal tələblərə uyğun olaraq, strategiyamızı daim yeniləyəcəyik”, - deyə “Trendyol Qrup”un baş icraçı direktoru Erdem İnan bildirib.

Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik ilk e-ticarət şirkəti Trendyol üçüncü Dayanıqlılıq Hesabatında  son bir ildə fəaliyyət həcminin artmasına baxmayaraq, karbon səmərəliliyini qoruduğunu açıqlayıb. Şirkət hazırda tullantılarının 99%-ni təkrar emala yönəldir və ən azı 50% təkrar plastikdən hazırlanmış karqo paketlərindən istifadə edir. Bununla yanaşı, Trendyol dayanıqlı istehsala fokuslanan məhsul çeşidini sürətlə genişləndirərək, 2024-cü ildə “Trendyol Care” etiketli məhsulların sayını 225% artırıb. Həmçinin, Türkiyədən Körfəz ölkələri və Şərqi Avropadakı müştərilərə 520 min dayanıqlı məhsul çatdırılıb.

Trendyol ikiqat prioritetləndirmə yanaşması çərçivəsində bütün maraqlı tərəflərin rəylərini toplayaraq, ekoloji və sosial sahədə 20 əsas mövzunu müəyyən edib, dayanıqlılıq strategiyasını buna uyğun yeniləyib. Strategiyanın yenilənməsi zamanı əməkdaşlar, satıcılar, biznes tərəfdaşları və müştərilər daxil olmaqla, bütün maraqlı tərəflərin rəy və gözləntiləri nəzərə alınıb. 

Uzunmüddətli ekoloji yol xəritəsində də konkret öhdəliklər müəyyən edilib. Şirkət öz əməliyyatlarında 2040-cı ilə, bütün tərəfdaşları və təchizatçıları əhatə edən dəyər zəncirində isə 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəfləyir.

Trendyol 2025-ci ilə qədər bütün logistika mərkəzlərində “sıfır tullantı” sertifikatını əldə etməyi və bütün pərakəndə qablaşdırma materiallarını sertifikatlı mənbələrdən təmin etməyi planlaşdırır. Dayanıqlı istehsalda isə 2030-cu ilə qədər məhsulların 20%-nin sertifikatlı və patentli materiallardan hazırlanması hədəflənir.

“Trendyol”un dayanıqlılıq strategiyasının mərkəzində ətraf mühit, təbiət, cəmiyyət və bütün maraqlı tərəflər üçün müsbət təsir yaratmaq məqsədi dayanır. Bu yanaşma yalnız kommersiya ekosisteminə deyil, sosial sahələrin fərqli aspektlərində də töhfə verməyə imkan yaradır.

Şirkət bu yanaşmanı beynəlxalq bazarlara da daşımağı və uzunmüddətli müsbət təsir dairəsini daha da genişləndirməyi hədəfləyir. Trendyol dayanıqlılığı sadəcə əməliyyat məsələsi kimi deyil, fəaliyyət göstərdiyi hər bir regionda uzunmüddətli fayda yaradan miras kimi görməyi planlaşdırır.

“Trendyol”un GRI 2021 standartlarına uyğun hazırlanan “2024 Dayanıqlılıq Hesabat”ı  karbon emissiyalarının azaldılması, dayanıqlı istehsal, tullantı və qablaşdırma idarəçiliyi, sosial təsir təşəbbüsləri və şirkətin dayanıqlı gələcəyə dair inkişaf  planları ilə bağlı ətraflı məlumatı təqdim edir.

I-REC (Bərpa Olunan Enerji Sertifikatı) nədir?

I-REC bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin mənşəyini təsdiqləyən beynəlxalq sistemdir. Bu sistem şirkətlərə enerji istehlakının ekoloji təsirini şəffaf şəkildə göstərməyə imkan verir. Bərpa olunan mənbələrdən istehsal olunan hər 1 MWh elektrik üçün bir sertifikat yaradılır. Beləliklə, istifadə olunan enerjinin ekoloji təsirləri izlənə və hesabatlaşdırıla bilir. Bu sayədə təşkilatlar, bərpa olunan enerji istehlakını beynəlxalq standartlara uyğun şəkildə sənədləşdirərək karbon izlərini azaltmaq hədəflərinə töhfə verirlər.

“Trendyol”un müsbət təsir yanaşması

Təbiət, cəmiyyət və bütün tərəfdaşlar üçün pozitiv təsir yaratmaq “Trendyol”un dayanıqlılıq strategiyasının mərkəzi xəttini təşkil edir. Bu yanaşma şirkətin yalnız ticarət ekosisteminə deyil, sosial həyatın müxtəlif sahələrinə də dəyər qatmasını təmin edir. 

Trendyol pozitiv təsir yanaşmasını beynəlxalq bazarlara da daşıyaraq qalıcı təsiri artırmağı hədəfləyir. Şirkət Azərbaycanda ətraf mühitin qorunması və sosial təsir istiqamətində müxtəlif layihələri dəstəkləyir.

“Trendyol 2024 Dayanıqlılıq Hesabatı”nın tam versiyasına buradan baxa bilərsiniz.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Noyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see184

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see173

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri