Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

TRIPP ə qarşı sürətlənən Araz dəhlizi

TRIPP ə qarşı sürətlənən Araz dəhlizi

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər

“The New Eastern Outlook” internet jurnalında “Tehranın Araz dəhlizinə artan marağının səbəbləri” başlıqlı təhlil dərc olunub. (Novator.az)   Yazıda Azərbaycanın Naxçıvan bölgəsinə İrandan və Ermənistandan keçəsi kommunikasiya layihələrinə toxunulur.

Bildirilir ki, 2022-ci ilin martında Azərbaycan və İran hökumətləri Zəngilan rayonundan Naxçıvan bölgəsinə yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma əldə ediblər. Layihə Araz dəhlizi adı alıb. 2023-cü ilin oktyabrından tikinti işlərinə başlanıb.

2025-ci il avqustun 8-i Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan-Ermənistan sammiti keçirilib, sülh razılaşması əldə olunub, həmçinin Azərbaycanın Naxçıvan bölgəsinə Ermənistandan keçən dəhliz yaratmaq qərarı verilib. ABŞ-nin patronajlığı ilə gerçəkləşəsi layihə Beynəlxalq Sülh və Rifah Tramp Marşrutu (TRİPP) adı alıb, 2026-cı ildə Vaşinqton və İrəvan bu yöndə sənədlər imzalayıb.

Nəşr yazır ki, Cənubi Qafqaz Avrasiyada geosiyasi və geoiqtisadi rəqabətin əsas mərkəzlərindən birinə çevrilib: “Buna görə də müxtəlif aktorlar bölgənin ticarət və enerji marşrutlarını öz maraqlarına uyğun təşkil etməyə çalışırlar. Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişməsində yerləşən İranın da bu baxımdan əhəmiyyətli potensialı var.

1990-cı illərin gərginliyi nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu və avtomobil əlaqəsi kəsilmişdi. Bu şəraitdə İran Azərbaycanın əsas hissəsi, Naxçıvan və Türkiyə arasında quru yolu ilə əsas tranzit marşrutuna çevrilmişdi".

Nəşr Tehran və Bakının Araz dəhlizi yaratmaq razılığı əldə etdiyini xatırladaraq  qeyd edir ki, 107 kilometrlik avtomobil və dəmir yolu İranın Şərqi Azərbaycan ostanından Naxçıvana uzanacaq.

Tehrandakı rəsmi dairələrin mövqeyinə söykənən təhlilçi İranın Avrasiyanın üç əsas nəqliyyat magistralında yerləşən, onları Fars körfəzi, Oman dənizi və qlobal dəniz şəbəkəsi ilə birləşdirən yeganə ölkə olduğunu önə çəkir, Araz dəhlizinin də bu baxımdan önəmli olduğunu vurğulayır: “Ali rəhbərin diqqəti ilə yanaşı İran prezidenti də bu layihənin əhəmiyyətini dəfələrlə vurğulayıb və onu hökumətin əsas prioritetlərindən biri hesab edib”.

O da qeyd olunur  ki, ABŞ və İsrailin 2025 və 2026-cı illərdə İranla müharibəsi Tehran rəsmilərinin şimal sərhədləri yaxınlığında TRİPP layihəsi ilə bağlı narahatlığını daha da artırıb: “ABŞ-nin bu dəhlizdə iqtisadi və strateji mövcudluğu, onun operativ istifadəsi, Amerika şirkətlərinin dəhlizin tikintisi və idarə edilməsində iştirakı, eləcə də tikinti və region üzərində nəzarətin onlara verilməsi İranda ciddi narahatlıq doğurur. Ermənistan rəsmiləri dəfələrlə İrana TRİPP planının Ermənistanla sərhəd üçün heç bir təhlükə yaratmadığını bildirsələr də, Tehranın baxışına görə, bu plan ən həssas geosiyasi bölgələrdən birində sərhəd, ticarət, tranzit əngəlləri və geosiyasi problemlər yarada bilər. Məhz buna görə Tehran ABŞ-nin İranın şimal-qərb bölgəsində hegemonluq yaratmasının qarşısını almaq məqsədilə Araz dəhlizinin mümkün qədər tez tikilməsinə xüsusi diqqət yetirir.

Araz dəhlizi əslində İranın qonşu ölkələrlə tranzit münasibətlərində baş verən dəyişikliklərə strateji cavabıdır və Tehran bəzi Qərb layihələrinin mənfi nəticələrinin neytrallaşdırılmasında mühüm rol oynayacaq".

Araz dəhlizinin TRİPP-ə alternativ ola biləcəyi resursları varmı?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra qısa bir dövrdə İranın Zəngəzur dəhlizinə qarşı münasibətində olduqca böyük aqressiyanı müşahidə etdik. Bu da təsadüfi deyildi, İran bu dəhlizin açılması nəticəsində regionda geosiyasi sərhədlərin dəyişə biləcəyini iddia edirdi: “Amma sonradan Azərbaycanın apardığı işlər və arqumentlərin təsiri altında İranın mövqeyində Zəngəzur dəhlizinə münasibətdə bir qədər yumşalma müşahidə olunmağa başladı. Hətta arada İranın bəzi rəsmiləri Zəngəzur dəhlizinin imkanlarından İranın da bəhrələnə biləcəyi formasında yumşaq fikirlər işlətməyə başladılar. Amma ABŞ-İran müharibəsi başlayandan dərhal sonra İran Zəngəzur dəhlizinə münasibətdə yenidən aqressiv tövr nümayiş etdirməyə başladı. Hətta Zəngəzur dəhlizinin keçəcəyi ərazilərə yaxın yerlərdə İranın müəyyən hərbi eskalasiyası ilə bağlı məlumatlar da yayılırdı. Bu gün isə İranın Araz dəhlizi üzərində işləri sürətləndirməsi də təsadüfi deyil. Bəli, İran görür ki, Zəngəzur dəhlizinin taleyi bu gün onun müttəfiqləri sayılan nə Rusiyanın, nə də Ermənistanın əlində deyil, artıq bu dəhlizin açılması üzərində daha söz sahibi olmaq imkanları ABŞ-nin və müəyyən qədər də Azərbaycanın əlindədir. Belə şəraitdə Zəngəzur dəhlizinə alternativ yaratmaqla özünün mövqeyini qoruyub saxlamağa çalışır”.

Ekspert hesab edir ki, Araz dəhlizi hətta Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilsə belə, hansı ki, bu mümkündür, imkanları baxımından Zəngəzur dəhlizinə alternativ ola bilməz: “Əgər Donald Tramp, Ermənistan sona qədər iradə nümayiş etdirərək Rusiyanın müqavimətini qıra bilsələr və dəhlizi istifadəyə verə bilsələr, onda bu iki dəhliz arasında rəqabətdən danışmağın yeri olmayacaq. Birmənalı şəkildə Araz dəhlizi Zəngəzur dəhlizinin alternativi ola bilməz”.// Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri