TRİPP mühüm vasitədir Diplomat
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
ABŞ hökumətinin TRIPP-ə yatırdığı investisiyalar layihəyə bağlılığımızı göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” adlı panel müzakirəsində deyib.
TRIPP layihəsindən danışan Emi Karlon bildirib ki, bu təşəbbüs yalnız bir addan və ya beynəlxalq rifah naminə yaradılmış formal bir layihədən ibarət deyil.
“Yeni bir qurum yaratmağımız, ona investisiya yatırmağımız və gələcəkdə onun iqtisadi baxımdan dayanıqlı olmasını təmin etməyimiz bu məsələyə nə qədər ciddi yanaşdığımızı göstərir”, - o qeyd edib.
ABŞ rəsmisi bildirib ki, layihənin maliyyələşdirilməsinin bir hissəsini 201 milyon dollarlıq fond təşkil edir. Onun sözlərinə görə, fondun əsas məqsədlərindən biri özəl investorların cəlb edilməsidir.
“Bu, özəl sektorun marağının və investisiyalarının bu istiqamətə cəlb olunmasına töhfə verəcək”, - Emi Karlon vurğulayıb.
O, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ İxrac-İdxal Bankının (EXIM) layihənin həyata keçirilməsində roluna da toxunub.
“Bu qurumlar kreditlər və zəmanətlər, eləcə də ABŞ şirkətləri üçün risklərin sığortalanması kimi maliyyə alətlərindən istifadə edə bilərlər. Bununla onlar şirkətlərin bu cür investisiyalar həyata keçirməsinə olan inamını artıracaq və belə layihələrin ilkin mərhələsində yaranan risklərin bir hissəsini öz üzərinə götürəcəklər”, - diplomat bildirib.
Emi Karlonun sözlərinə görə, ABŞ hökumətinin TRIPP layihəsinə ayırdığı maliyyə və sərf etdiyi resurslar Vaşinqtonun təşəbbüsə bağlılığını nümayiş etdirir.
“ABŞ hökumətinin bu layihəyə yatırdığı investisiyanın həcmi, sərf etdiyi vaxt və göstərdiyi səylər, eləcə də layihənin Prezident Donald Trampın adı ilə əlaqələndirilməsi bu təşəbbüsə nə qədər ciddi yanaşdığımızı göstərir”, - o bildirib.
Diplomat əlavə edib ki, ABŞ TRIPP-i geostrateji risklərin azaldılması və regionda etimadın artırılması baxımından mühüm vasitə kimi qiymətləndirir.
Baxış sayı:93
Bu xəbər 25 Sentyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















