Icma.az
close
up
RU
Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” REPORTAJ

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” REPORTAJ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Siyəzən, 24 avqust, AZƏRTAC

Siyəzənli mühəndis Cavid Yəhyayev qeyri-adi əl işləri ilə görənləri təəccübləndiməkdə davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cavid Yəhyayev bu dəfə tullantılardan iki metr hündürlüyündə “dəmir cəngavər” hazırlayıb.

Dörd aya başa gələn “dəmir cəngavər” üçün 200-dən çox detal istifadə olunub. İki yüz kiloqrama yaxın çəkisi olan qeyri-adi əl işi daşına bilməsi üçün bir-birindən ayrılan beş hissədən ibarətdir.

“Dəmir cəngavər”ə yaxından baxdıqda yararsız kəlbətin, mühərrik zəncirləri, sınmış çilingər alətləri, avtomobil yayları, şamlar, velosiped hissələri, kreslo altlığı və bir çox başqa detalları görmək olar.

“Neçə müddət idi beynimdə belə bir dəmir sərkərdə, cəngavər hazırlamaq ideyası var idi. Bu ilin aprel ayında işə başladım. Çox diqqət və zəhmət tələb edən iş idi. Xüsusilə dəbiləqəsi çox vaxt apardı. Çünki qaynaqdan istifadə etmədim. Nəhayət dörd ayın tamamında - avqustun 22-si doğum günümdə əl işi hazır oldu. Bu “dəmir cəngavər”i özümə ad günü hədiyyəsi etdim. Bu əl işim bizim qəhrəmanlarımızı simvolizə edir”, - deyə o söyləyib.

Cavid Yəhyayev 62 illik ömrünün 30 ildən çoxunu neftçıxarma sahəsində mühəndis kimi çalışıb. Hazırda təqaüddədir. Tullantılardan əl işləri hazırlamağa isə 15 il əvvəl başlayıb.

İlk illər yararsız təkərlərdən istifadə edib. Sonra nazik dəmirli şirə qabları ilə çalışıb. İndi isə əl işləri üçün daha çox dəmir tullantılardan istifadə edir. Metalları avtomobil təmiri sexlərindən toplayır. Bundan başqa, gündəlik məişətdə işlədilən, amma indi istifadəyə yararsız olan dəmir alətlərdən də yararlanır. Daha çox heyvan, quş, böcək və sair fiqurlar düzəldir. Son əl işləri arasında hörümçək, çəyirtkə, motosikletlər, quş və balıq fiqurları var. Hazırladığı əl işlərinin bəziləri abstrakt janrdadır. Onun yararsız materiallardan hazırladığı maraqlı eksponatların sayı 150-yə çatıb.

Bundan əvvəl istedadlı mühəndisin üç ay ərzində ərsəyə gətirdiyi “dəmir maral” görənlərin marağına səbəb olmuşdu. “Dəmir maral” kəlbətin, qayçı, şiş, çarpayının tutacaqları, velosiped zəncirləri, müxtəlif disklər, eləcə də avtomobil və başqa texnikaların yararsız ehtiyat hissələrindən hazırlanmışdı.

Cavid Yəhyayevin əl işlərinin videogörüntülərini sosial şəbəkələrdə yüz minlərlə insan izləyir. Görənlər onun qeyri-adi istedadını alqışlayır, hazırladığı əl işlərini təəccüblə qarşılayırlar.

Siyəzənli mühəndisin belə əl işləri düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.

Müxbir- Elxan Yusifli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri