Icma.az
close
up
RU
Tural Abbaslı: Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir

Tural Abbaslı: Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. 

Kremlə yaxın olan Solovyov kimi ünsürlərin açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosein idarə olunduğunu aydın göstərir.  Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkikik, diskriminasiya və islamofobiya güclənir. Qərbə bütün istiamətlərdə uduzan, Ukrayna bataqlığına düşərək buradan çıxa bilməyən Rusiyada da digər düşmən axtarışına başlanılıb. Kimlərsə bu ölkədə bütün dünyanı qarşısına almaq iddiasına düşüb və yeni gündəm yaradaraq onu inkişaf etdirirlər.


Ağ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, Rusiyanın hazırkı mövqeyi əslində, onun siyasi xislətindən qaynaqlanır:

"Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir. O, tərəfdaşlıq münasibətlərini yalnız öz hegemonluğu çərçivəsində görmək istəyir: böyük qardaş–kiçik qardaş modeli əsasında.

Bu, sovet dövründən qalma köhnə və qeyri-bərabər düşüncə tərzinin məhsuludur. Rusiya Azərbaycan və digər dövlətləri bərabər hüquqlu partnyor kimi görmək istəmir. Əksinə, öz siyasətini müstəqil şəkildə həyata keçirmək istəyən, Rusiya ilə eyni səviyyədə dialoq aparmağa çalışan ölkələrə qarşı təzyiq və aqressiv siyasət yürüdür. Bu yolla həmin ölkələrə "siz hələ də tam hüquqlu deyilsiniz" mesajını verməyə çalışır. Azərbaycan isə Qarabağ problemini həll etdikdən sonra tam müstəqil siyasət həyata keçirməyə başlayıb. Bu, təbii olaraq, Rusiyanın narazılığına səbəb olub. Rusiya buna cavab olaraq əlindəki təzyiq alətlərindən istifadə edir, Azərbaycanı hələ də "kiçik tərəfdaş" kimi görməyə çalışır. Ölkəmiz isə haqlı olaraq bu yanaşmaya qarşı müqavimət göstərir. Azərbaycan yalnız bərabər hüquqlu tərəfdaş kimi qəbul edildikdə bu münasibətlərin dəyəri olacaq. Digər tərəfdən Rusiyanın ABŞ və Avropa kimi təsir və təzyiq imkanları yoxdur".


Müsahib əlavə edib ki, Rusiyanın təzyiq üsulları daha çox birbaşa və kobud metodlara əsaslanır:

"Halbuki müasir dünyada təzyiqin müxtəlif formaları mövcuddur: iqtisadi, mədəni, psixoloji və s. Rusiya isə əsasən daha primitiv üsullara əl atır – məsələn, bir neçə miqranta zülm etmək, bazarlardan azərbaycanlıları qovmaq və ya pomidor idxalını dayandırmaqla təhdid etmək kimi.

Amma bu siyasət nəticə verməyəcək. Azərbaycan artıq özünü dünyaya kiçik, lakin tam müstəqil bir dövlət kimi təqdim edir. Üstəlik, ölkəmiz beynəlxalq münasibətlər sistemində müstəqil siyasi aktor kimi davranmağa çalışır. Bu isə, müəyyən dairələrin narahatlığına səbəb olur. İran, Rusiya, Fransa kimi ölkələrin Azərbaycana yönəlik təzyiqləri də məhz bu müstəqilliyin nəticəsidir.

Heç bir böyük güc müstəqil və tam hüquqlu bir Azərbaycanı ətrafında görmək istəmir. Amma biz bu yolda irəliləməliyik, çünki başqa çıxış yolumuz yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri