Icma.az
close
up
RU
Tural Bəklənin adını ucaldıb

Tural Bəklənin adını ucaldıb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətən müharibəsində qazanılan şanlı qələbə Azərbaycan xalqının birliyini, mübarizliyini, qəhrəmanlığını bir daha dünyaya nümayiş etdirdi. Bu qələbə, ilk növbədə, qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyətinin, ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu.

Şanlı qələbəni bizə yaşadanlardan biri də Azərbaycan Ordusunun kəşfiyyatçısı olan Qarayev Tural Şahin oğludur. O, 1991-ci il aprelin 29-da Qobustan rayonunun Bəklə kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı böyük rəşadət göstərərək oktyabrın 1-dən 2-nə keçən gecə Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Bir oğlu Onur vətənə yadigar qalıb.

Bu günlərdə Turalın ata ocağında olduq. Bizi şəhidin atası Şahin kişi qarşıladı. Baxışlarında həm ağrı vardı, həm qürur, həm də bir işıq – övladını itirmiş, amma Vətəni qazanmış bir atanın baxışı.

Şahin Qarayevin dediklərindən: “Quranda belə bir ayə var “Mən sizə göz bəbəyindən daha əziz olan övladlar verdim”... Biz də bu Vətən üçün gözümüzdən daha əziz olanı verdik... Tural hələ uşaqlıqdan çox vətənpərvər oğul idi. Birinci Qarabağ müharibəsində əmisi oğlu Qarayev Kənan da şəhid olmuşdur. Qeyd edim ki, Kənan Qobustan rayonunun Bəklə kəndində anadan olub. O, 1993-cü ilin əvvəllərində hərbi xidmətə çağırılıb, çevik və bacarıqlı olduğu üçün Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı əsgər kimi döyüşlərə qatılıb. 1993-cü il iyulun 8-də Kənan Ağdam uğrunda gedən döyüşlərdə ömrünün gənc çağında şəhadətə qovuşub. Kənanın və bütün nakam gedən şəhidlərin qanını yerdə qoymayacağına and içmişdi Turalım.

Oğlum müddətdən artıq hərbi xidmətdə kəşfiyyat qrupunda xidmət edirdi. Sentyabrın 27-də briqada olaraq onları Füzuli rayonuna apardılar. Biz bunları sonradan bilmişik. Döyüş bölgəsində olarkən tez-tez zəng vurub deyirdi ki, narahat olmayın, hər şey əladır, Qələbəmizə az qalıb. Mən qürur hissi ilə deyirəm ki, Tural və Kənan kimi oğulların sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza Zəfər sevincini yaşatdı. Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.

Turalın anası Səmayə xanımın səsi elə yanğılı idi ki… elə bil, hər kəlməsi bir atəş parçası kimi düşürdü insanın ürəyinə. “Oğlumun qoxusu hələ də evdən getməyib, Vətən sağ olsun” – deyəndə, boğazında düyün, gözlərində yaş dondu. Bu söz insanın qəlbini param-parça edir. Ana ürəyi, şəhid anası ürəyi – həm yanır, həm də “Vətən sağ olsun” deyə bilir… Bu necə böyük ürəkdi, Allahım? Öz canından can verdiyi balasını şəhid verən ananın belə dözümlü, qürurlu olması ancaq müqəddəs analara xas olan bir gücdür. Ananın baxışında həm dərd vardı, həm qürur, həm də dərin sükutun içində qışqıran bir fəryad. Bu məqamda mənim də sanki dilim-ağzın qurudu. Ona görə də Səmayə xanıma artıq heç bir sual vermədim. Çünki o baxış min sözün yerini tutur, bütün sualları cavablandırırdı.

Turalın qardaşı Ceyhun Qarayev deyir: Tural torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmırdı. Həmişə deyirdi ki, bu torpaqları biz azad etməliyik, düşmənin üzərində mütləq qələbəmiz olmalıdır. Qardaşımın adı tarixə yazıldı. Necə mənə arxa-dayaq idisə bir qardaş kimi, eləcə də bütün Azərbaycana qardaş oldu. Cismən yanımda olmasa da, ruhu hər zaman yanımdadır, dayağımdır. O, şəhadəti ilə ölməzliyə qovuşdu. Fəxr edirəm ki, mən Turalın qardaşıyam.

Turalın oğlu Onur sakitcə bir kənarda oturub bizi dinləyir. Ona yaxınlaşıb gəl, səninlə də bir az atan haqqında söhbət edək deyəndə əlimdən tutub məni atasının şəkilləri ilə bəzədilmiş otağa aparır. Xala, gəl bax, atamın şəkilləri hər şeyi danışacaq. Balaca Onurun sözləri məni çox təsirləndirmişdi. Divarlarda asılmış şəkillər sanki Turalın nəfəsini, həyat yolunu, igidliyini danışır. Hər baxışda Vətənə sədaqətin, mərdliyin, cəsarətin izi duyulur. Həqiqətən də Onur düz deyirdi. Mən uşağın bu ağıllı, düşündürücü sözlərindən sonra özümü ələ ala bilmədim. Onurdan göz yaşımı nə qədər gizlətmək istəsəm də, qeyri-ixtiyari gözümdə gilələnmiş yaş süzüldü. Onur mənə dedi: “Xala niyə ağlayırsan? Mənim atam ölməyib sağdır, şəhiddir. Axı deyirlər şəhidlər ölmür. Hər gün bu otaqda onunla söhbət edirəm, o məni eşidir. Mən atamla fəxr edirəm!”. Sonra hərbi paltarlarını geyinib atasının şəkilləri önündə dayanıb “mən də atam kimi hərbçi olub Vətənimi qoruyacağam”, – dedi.

Bəli, Tural Qarayevin otağı indi sadəcə şəkillərlə bəzədilmiş bir yer deyil – o otaq Vətən sevgisinin, şəhidlik zirvəsinin, ailə sədaqətinin rəmzidir. Otağın hər küncündə bir xatirə, bir nəfəs, bir dua var. Onurun uşaq səsi ilə “ata” kəlməsi səslənəndə, sanki şəhidin ruhu o evdə yenidən gülümsəyir. Turalın həyat yoldaşı Dürdanə Qarayeva indi bu otağın ailənin ən müqəddəs yeri, səssiz təsəlli məbədi olduğunu deyir: “Biz Turalla fəxr edirik. O, bir ata kimi ata, oğul kimi oğul, yoldaş kimi yoldaş idi. İstərdi oğlu hərbçi olsun. İnanıram ki, Onur böyüyüb hərbçi olanda onun ruhu mütləq görüb sevinəcək”.

Turalın döyüş yoldaşı qazi Xanlar Məmmədəliyev də onunla bağlı xatirələrini bizimlə bölüşərək dedi: “Turalla mən “N” saylı hərbi hissədə bir yerdə xidmət etmişik. Döyüşlərin başladığı ilk günlərdən biz torpaqlarımız uğrunda mübarizədə birlikdə döyüşmüşük. Füzuli səddi deyilən, tank belə yara bilməyən ərazini biz 93 nəfərdən ibarət kəşfiyyatçılar ermənilərin qurduqları postları alaraq irəliləyirdik. Beləliklə, öz bölməmizdən 10 kilometrədək irəliyə getmişdik. Onu deyim ki, Tural böyük qəhrəmanlıq göstərərək bir neçə postun alınmasında qəhrəmanlıq göstərdi. Postlardan götürülən qənimətlər indi “Qənimətlər parkı”nda nümayiş olunur. Müharibənin 4-cü günü düşmənin açılan tank mərmisindən Tural şəhid, mən isə qazi oldum”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin sərəncamları ilə Tural Qarayev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tural Qobustanın İkinci Vətən müharibəsində qəhrəmanlıq göstərən onlarla şəhidindən biridir. Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuzdur.

Ömrünü Vətən yolunda qurban verən Tural qısa bir ömür yaşadı. Lakin elə bir şanlı ömür ki, unudulmaz qəhrəmanlığı, şücaəti ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi. O, igidliyi, qəhrəmanlığı ilə el-obasının, doğmalarının başını uca etdi. Tural qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlıq salnaməsinə yazdırdı. Nə qədər ki, canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var, Azərbaycan daim yaşayacaq, ucalacaq və qalib gələcək.

Nurəngiz ADİLQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri