Icma.az
close
up
RU
Tural İsmayılov: “Bəşər Əsədin erməni sevgisi, Türkiyə və Azərbaycana nifrətdən irəli gəlirdi” KONKRET

Tural İsmayılov: “Bəşər Əsədin erməni sevgisi, Türkiyə və Azərbaycana nifrətdən irəli gəlirdi” KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyada baş verən geosiyasi dəyişikliklər yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda Suriyada Bəşər Əsəd rejimi süquta uğradı. Yaxın Şərqdə terror təşkilatlarının mövqeləri zəiflədi. Regionda geosiaysi gücə çevrilən Türkiyə isə öz mövqelərini gücləndirərək bölgədə  nəzarəti ələ almağı bacardı.

Mövzu ilə bağlı Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib ki, Türkiyənin artan hərbi və siyasi nüfuzu bəzi dövlətlərin ürəyincə olmasa da bu reallıqla barışmağa məcburdurlar:

“ Türkiyə həmişə Suriyanın bir dövlət kimi inkişaf etməsində maraqlı olub. Çünki Türkiyəni Suriya il birləşdirən məqamlar var. Həm Suriya ilə Türkiyə arasında tarixi qonşuluq əlaqələri, həm də iki xalq arasında sıx bağlılıq daim mövcud olub. Ona görə də, Türkiyə öz qonşuluğunda normal bir dövlətin olmasını istəyib. Dəfələrlə Bəşər Əsədə Suriyada normal dövlətin formalaşmasıyla bağlı çağrışlar edilib. Amma təəssüfər olsun ki, Türkiyənin regiondakı liderliyini  və barışdırıcılıq missiyasını  anlamayan Əsəd yanlış addımlar atdı. Nəticədə bu gün Əsəd rejimi süquta uğradı. Türkiyə nəinki Suriyada, bütövlükdə dünyada ciddi siyasi güc mərkəzlərindəndir. Deməli, regionda Türkiyənin maraqları nəzərə alınmadan hansısa addımların atılması mümkün deyil. Türkiyənin siyasi gücə çevrilməsi bəzi ölkələri narahat edirdi. Ona görə də onlar Bəşər Əsəd vasitəsi ilə Türkiyəyə qarşı təxribatçı addımlar atmağa başlamışdılar”.

İki gün əvvəl Prezident İlham Əliyevin ölkə telekanallarına müsahibəsində Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər qardaş ölkədə geniş əks-səda yaradıb.  “Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur”, – deyən Cənab Prezident bununla da müttəfiqliyimizin əbədiliyinə diqqət çəkib. Deməli, iki qardaş ölkə ən çətin zamanlarda daim bir-birinin yanındadır. Politoloq da bu məqama toxunub və son vaxtlar Azərbaycanla Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirdi: “Azərbaycan Prezidenti  İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan arasındakı yüksək əlaqələr Azərbaycan-Türkiyə müttəfiqliyini və qardaşlığını möhkəm sütuna çevirib. Bu baxımdan  İlham Əliyevin səsləndirdiyi fikirlər, düşmənlərə növbəti mesaj idi. Cənab Prezident müsahibəsində açıq-aydın vurğuladı ki, Türkiyənin əleyhinə çevrilən terror şəbəkələrinin və yuvalarının fəaliyyəti qəbul edilməzdir. Bu baxımdan Azərbaycan Türkiyənin əleyhinə çevrilən bütün aktlarda proseslərdə əks mövqedə dayanacaq”.

Suriya-Ermənistan münasibətlərinə toxunan ekspert bildirib ki, Bəşər Əsəd rejiminin hakimiyyəti dövründə Suriya anlamsız şəkildə Ermənistanın havadarı rolunda çıxış edirdi: Əsəd geopolitik situasiyanı, tarixi əlaqələri, qonşuluq münasibətlərini nəzərə almadan Ermənistana dəstək verirdi. Hətta islam təşkilatlarının bir çoxunda Suriya özünü Ermənistanın müdafiəçisi kimi aparıb. Həmin təşkilatlarda ermənilərin törətdikləri soyqırımı aktlarının müzakirəsinə imkan verməyib. Yaxud da qəbul edilən qərarları əngəlləyib. Bu baxımdan da, Bəşər Əsəd həmişə Ermənistanın yanında yer alırdı. Bundan əvvəlki dövrlərdə  Xocalı qatili, əli minlərlə soydaşımızın  qanına batan Serj Sarkisyanın yedəkçisi qismində çıxış edən Əsəd, ondan sonrakı Paşinyan hakimiyyətinə də qucaq açdı. Bunun nəticəsi idi ki, Paşinyan dəfələrlə məktub yazaraq Ermənistana dəstək verdiyənə görə, Bəşər Əsədə təşəkkürünü bildirmişdi. Bundan sonra, Ermənistan rəsmilərinin dəfələrlə Suriyaya səfərləri olmuşdu və açıq-aydın Bəşər Əsəd Ermənistandan Türkiyə və Azərbaycan əleyhinə istifadə etməyə çalışırdı. Ermənistan da rahat formada Əsədin qeyri-insani rejiminin əlində oyuncağa çevrilirdi. Bəşər Əsəd rejiminin süqutu birmənalı şəkildə həm də Ermənistanda böyük ağrı ilə qarşılanır.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Yanvar 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri