Icma.az
close
up
RU
Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib

Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bakıda Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib.

"APA-Economics" xəbər verir ki, forum “Biznes Mərkəzi Klubu” və “Gbaru.com” platformasının təşkilatçılığı ilə baş tutub.“İnşaatda güc, əlaqələrdə birlik: dayanıqlı gələcəyə doğru!” şüarı ilə keçirilən forum Turan dövlətlərinin inşaat və əmlak sektorlarında əməkdaşlığını gücləndirmək məqsədi daşıyırıb.

Açılış nitqini “Biznes Mərkəzi Klubu”nun İdarə Heyətinin sədri Rüfət Nadirli edərək forumun Turan dövlətlərinin inşaat və əmlak sektorlarında əməkdaşlığı gücləndirmək məqsədi daşıdığını bildirib. “Gbaru.com” platformasının təsisçisi İlkin Dövlətov çıxış edərək, tədbirin regional inşaat və əmlak bazarına strateji təsirini vurğulayıb. Daha sonra tədbirdə millət vəkilləri Müşfiq Cəfərov, Vüqar İskəndərov, Ceyhun Məmmədov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev və digər natiqlər Turan dövlətləri arasında iqtisadi inteqrasiyanın və sektorlararası əməkdaşlığın vacibliyini qeyd ediblər, tarix boyu bu birlik üçün səylərin göstərildiyi və hazırkı tendensiyaların bu əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac yaratdığını önə çəkiblər.

Daha sonra panel müzakirələri başlayıb. “Texnoloji dəyişimlər dövründə şəhərlərin gələcəyi" və "İnşaat və əmlak sektorunda maliyyənin idarə edilməsi" başlıqlı panel müzakirələrdə çıxış edən ekspertlər bu sahədəki trendləri və innovativ həllər barədə geniş açıqlamalar veriblər. Diskusiyyalarda yeni bazar imkanlarının araşdırılması və Turan dövlətləri arasında investisiya axınının artırılması üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib.
Forumda 500-dən çox müxtəlif şirkətlərin nümayəndələri iştirak edib. İştirakçılar arasında inşaat və əmlak sektorunun aparıcı şirkətləri, dövlət nümayəndələri və ekspertlər yer alıblar. Tədbirdə 10-dan çox yerli şirkətin stendlərinə baxış keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Fevral 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri