Icma.az
close
up
RU
Turan Tovuz avrokuboklara yollanmasa da, mövsümü onlar üçün uğursuz hesab etmək olmaz

Turan Tovuz avrokuboklara yollanmasa da, mövsümü onlar üçün uğursuz hesab etmək olmaz

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

“Turan Tovuz”un sabiq futbolçusu Rüfət Quliyev Sportal.az saytına açıqlama verib. O, Tovuz təmsilçisinin hazırkı durumuna münasibət bildirib.

Quliyev komandanın Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ"a məğlubiyyəti haqda danışıb, həmçinin bu gün "Səbail"ə qarşı keçiriləcək görüşdə tovuzluların şanslarını dəyərləndirib:

"Turan Tovuz" "Qarabağ"la matça yaxşı start vermişdi. Özü də, onların möhtəşəm azarkeş dəstəyi var idi. Amma sonda uduzdular. Artıq ardıcıl üçüncü oyundur ki, evdə qalib gələ bilmir. Bu, mənfi haldır. "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır. Bunu da neçə illərdir ki, həm daxili, həm də xarici oyunlarda sübut edir. Onlara da uğurlar arzulayıram. "Qarabağ"la görüşdə qırılma nöqtəsi "Turan Tovuz"un hesabda geri düşməsi oldu. Sanki futbolçularda inamsızlıq baş verdi və qalib gələcəklərinə inanmadılar. Amma "Qarabağ" da, yaxşı oynayaraq qalib gəldilər. Hər halda, mövsüm davam edir. "Səbail"lə qarşılaşacaqlar. "Turan Tovuz" "Araz-Naxçıvan"dan sonra 3-cü pillədə qərarlaşıb. Avrokubok haqda indidən bir söz demək olmaz. Mövsüm yeni başlayanda demişdim ki, "Turan Tovuz" avrokuboklara vəsiqə qazanacaq. Hələ də o şansa sahibdirlər. Kurban Berdiyevə gəldikdə, hər bir məşqçi istəyər ki, komandası yaxşı nəticə qazansın. Azərbaycana nəyisə kiməsə sübut etməyə və ya başqa hansısa fikirlə gəlib, bu, onun özünə aid sualdır. Mən nəsə deyə bilmərəm. Fikrimcə, "Turan Tovuz" avrokuboklara yollanmaq şansını əlindən buraxmayacaq və sona qədər mübarizə aparacaqlar ki, bunu əldə etsinlər. "Turan Tovuz" avrokuboklara yollanmasa da, mövsümü onlar üçün uğursuz hesab etmək olmaz. Onlar bu sezon daha çox pul xərclədi və daha çox istəklidir. Ancaq hər şey zaman istəyir. Bir ilə hər şeyi həll etmək olmur. Bu yola davam etsələr, daha yaxşı nəticələr əldə edə bilərlər. Lakin hələ də heç nə bitməyib, qarşıda mübarizə var. Sona qədər oynayıb, istədikləri nəticəni qazana bilərlər".

Mirbağırağa 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri