“Turan Tovuz” “Turan” olacaq! “AFFAya məktubla müraciət də etmişik...”
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Huner Group” MMC-nin təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb. Həmin şirkət "Turan FK” MMC adlanır. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonunda yerləşir.
Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda "Turan Tovuz”un İdarə Heyətinin sədridir. Bu klubun rəsmi adı "Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidi.
Ehtiram bəyin yeni şirkət yaratması “Turan Tovuz”un tarixi adına dönüş prosesinin başlanğıcı kimi qəbul olunur. Bununla bağlı “Turan Tovuz” rəhbərliyinin fikrini öyrənməyi lazım bildik.
Klubun İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevin “Football-plus.az”a söylədikləri:
“Doğrudu, bizim belə cəhdlərimiz var. Adın dəyişdirilməsi ilə bağlı AFFA-ya məktubla müraciət də etmişik. Prosedurları tam axıra çatdırsaq, istəyimizi reallaşdırıb adımızda dəyişiklik edəcəyik”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 14 Noyabr 2024 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















