Icma.az
close
up
RU
“Turan Tovuz”, yoxsa “Qarabağ” şanslıdı? meydan sahibləri üçün 5 məqam!

“Turan Tovuz”, yoxsa “Qarabağ” şanslıdı? meydan sahibləri üçün 5 məqam!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Bu gün saat 19.30-da Tovuz şəhər stadionunda yerli “Turan Tovuz”la “Qarabağ” qarşılaşacaq.

Oyun ən müxtəlif səbəblərdən azarkeşlərin diqqət mərkəzindədi. Ən önəmli məqamlardan biri “Qarabağ”ın cari mövsümdə keçirilən əvvəlki üç oyundan heç birində tovuzlulara qalib gələ bilməməsidi (bir heç-heçə, iki məğlubiyyət).
Yaxşı, bu gün nəticə necə olacaq? Daha doğrusu, komandalardan hansı daha şanslıdı? Bəribaşdan deyim ki, zədəlilərin sayını (meydan sahibləri Marandiçi, Batista və Millerin, qonaqlar Məhəmmədəliyevin xidmətindən məhrumdu) çıxmaq şərti ilə ağdamlıların mümkün qələbəsindən xəbər verən heç bir dəlil yoxdu. Niyə belə düşünürəm?
Birincisi, ortada Kurban Berdıyevlə Qurban Qurbanovun duellərinin statistikası var. Türkmənistanlı mütəxəssis ilk üç oyunda uduzmayıbsa, dördüncüdə niyə uduzmalıdı ki?!
İkincisi, “Qarabağ”dan fərqli “Turan Tovuz” bu oyuna daha yaxşı hazırlaşıb. Çempion 8-i yerli, 4-ü legioner olmaqla 12 futbolçunu yığmaların düşərgəsinə göndərmişdi, tovuzlular bu mənada rahat olub. Berdıyev istədiyi taktiki sxemləri məşqlərdə yoxlayıb.
Üçüncüsü, “Turan Tovuz”un oyunçularının mənəvi-psixoloji durumu daha yaxşıdı. Azərbaycan yığmasının son bir həftədə iki oyunda uduzan uzvləri bu müddətdə həm də medianın və ictimaiyyətin ciddi təzyiqinə məruz qalıb. Belədə psixoloji tarazlığı qorumaq çətindi. Bu mənada tovuzlular ən azı bir addım öndədi.
Dördüncüsü, oyun Tovuzda keçiriləcək, deməli, yerli komandanı ən azı 6 min sadiq azarkeş dəstəkləyəcək. Düzdü, zəngin avrokubok təcrübəsinə malik “Qarabağ”ı azarkeş sayı, dəstəyi ilə təəccübləndirmək çətindi. Amma evdə, necə deyərlər, divarlar da kömək edir.
Beşincisi, bu gün “Turan Tovuz” qələbəyə “Qarabağ”dan daha çox ehtiyac duyur. Ağdamlılar 12-ci çempionluğun astanasındadı, üstəlik kubokun yarımfinalına da vəsiqə qazanıblar, tovuzlular isə ən azı 4-cü yeri qorumaq, mümkün olarsa, 3-cü pilləyə yüksəlmək istəyirlər. İş ondadı ki, 4-cü yer də müəyyən şərtlər daxilində avrokuboklara vəsiqə qazandırmaya bilməz.
Kəsəsi, biz “Turan Tovuz”un daha şanslı olduğunu göstərəm 5 məqam tapdıq, saydıq. Təbii, “Qarabağ” üçün də belə məqamlar tapmaq olar. Amma axtarmaq əvəzinə ekran önünə keçib, bu maraqlı oyuna baxmaq lazımdı.
Sonda onu da xatırladaq ki, “Qarabağ” 64 xall turnir cədvəlinin zirvəsində qərarlaşıb, “Turan-Tovuz” 43 xalla 4-cü pillədədi.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Mart 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri