Turan Tovuzun ağır zədə alan futbolçusunun durumu açıqlandı: Əməliyyat olunacaq
Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Turan Tovuz"un "Sabah"la oyunda ağır zədə alaraq meydanı tərk edən futbolçusu Denis Marandiçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sportal.az xəbər verir ki, zədəsi ağır olduğundan moldovalı müdafiəçi ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb.
Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçunun ayağı gipsə qoyulub.
Klub həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub.
Qeyd edək ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.
saytlarin hazirlanmasi
Baxış sayı:97
Bu xəbər 03 Dekabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















