“Turan Tovuz”un bir illik həsrəti: Bu dəfə bacaracaqlar?
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının XII turunda bu gün "Şamaxı" "Turan Tovuz"u qəbul edəcək. Sport24.az xəbər verir ki, qarşılaşma saat 14:30-da başlayacaq.
Komandalar indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 2-də "Şamaxı", 5-də "Turan Tovuz" qələbə qazanıb. Daha 5 qarşılaşma heç-heçə ilə başa çatıb.
Lakin son duellər Tovuz təmsilçisi üçün ürəkaçan deyil. "Şamaxı" çempionatdakı son 3 qarşılaşmada bu rəqibinə uduzmayıb. "Turan Tovuz" sonuncu dəfə 2025-ci ilin noyabrında, yəni düz bir il əvvəl rəqibini məğlub edə bilib – 2:1. Aradan xeyli vaxt keçsə də, "boz qurdlar" bu uğuru təkrarlaya bilməyib.
21 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Turan Tovuz" bu dəfə də "Şamaxı" səddini aşa bilməsə, uğursuz seriyasını daha da uzadacaq. 14 xalla yeddinci olan meydan sahibləri isə rəqibinə qarşı son oyunlardakı üstünlüyünü davam etdirməyə çalışacaq.
Baxış sayı:87
Bu xəbər 21 Noyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















