Icma.az
close
up
RU
Turist dünyanın ən təcrid olunmuş qəbiləsi ilə əlaqə saxlamağa çalışıb: Saxlanıldı

Turist dünyanın ən təcrid olunmuş qəbiləsi ilə əlaqə saxlamağa çalışıb: Saxlanıldı

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna əsilli amerikalı bloqqer Mixail Polyakov martın 31-də Hindistan polisi tərəfindən saxlanılıb. Həmin şəxs hazırda yerli aborigenlərin yaşadığı Şimali Sentinel adasına səfər etdiyi üçün həbsdədir.

Sfera.az bildirir ki, məhkəmə 24 yaşlı Polyakovun Şimali Sentinel adasına qanunsuz səfərinə görə həbs müddətini aprelin 29-dək uzadıb. Hüquq-mühafizə orqanları Arizonadan olan ukraynalı amerikalının martın 31-də Port Bleyr şəhərində, qadağan olunmuş adaya səfər etdikdən iki gün sonra həbs edildiyini təsdiqləyib.

Adının açıqlanmasını istəməyən polis məmuru jurnalistlərə:

"Bu, macəralı səfər idi, amma fakt budur ki, Hindistan qanunları pozulub. Sentinellərlə görüşən kənar şəxslər qəbilənin sağ qalmasına təhlükə yarada bilər" - deyə bildirib: 

Mətbuat Polyakovun Hindistan qanunlarını pozmaqda şübhəli bilindiyini, 5 ilə qədər həbs cəzası və külli miqdarda pul cəzası nəzərdə tutduğunu yazır. Hazırda saxlanılan şəxsin özü və vəkilləri, eləcə də ABŞ-ın Hindistandakı səfirliyi işin təfərrüatlarını şərh etmir.

Polyakov uzaq ərazilər, eləcə də dənizə çatan marşrutların ətraflı tədqiqi aparıb. İstintaq müəyyən edib ki, bloqqer özü adanın çimərliyinə gəlib, orada təxminən bir saat vaxt keçirib və sahilə bir banka “Cola Zero” və bir kokos qoyub.

Polyakov yerlilərin diqqətini çəkmək üçün fit çalsa da, onunla əlaqə saxlamayıblar. Daha sonra həmin şəxs qayığına minib, bir neçə qum nümunəsi götürüb Andaman adalarına qayıdıb, yerli balıqçılar həmin şəxsin qadağan olunmuş adaya səfəri barədə səlahiyyətlilərə məlumat verdikdən sonra o, polis tərəfindən saxlanılıb.

Şimali Sentinel adası

Bu adanın sahəsi təxminən 60 kvadratmetrdir. 1947-ci ildən Hindistana məxsusdur və materik Hindistandan 1500 km-dən çox məsafədə yerləşir. Adada ən azı 10.000 ildir burada yaşayan Sentinellər adlı yerli qəbilə yaşayır. Hazırda sakinlərin sayı 51-500 nəfər arasında dəyişir və dəqiq sayını müəyyən etmək mümkün deyil.

Şimali Sentinel adasının yerliləri xarici dünya ilə təmasda olmaq cəhdlərinə olduqca aqressiv reaksiya verirlər. Müxtəlif mənbələrə görə, yerlilərin əli ilə qurbanların sayı 100 nəfərdən çox ola bilər.

2001-ci ildən Hindistan hakimiyyəti adaya səfərə və ona 5 km məsafədən yaxınlaşmağa tam qadağa qoyub, həbs və böyük cərimə ilə hədələyib. Bununla belə, 2006-cı ildə iki balıqçı fırtınadan sonra təsadüfən itib adaya düşüblər və yerli sakinlər içəri girənləri öldürüblər.

2018-ci ildə amerikalı xristian missioner Con Çau onlara xristianlığı qəbul etdirmək üçün Sentinellərin yanına getsə də, yerli sakinlər təbliğatçını da öldürüblər. Polyakov indi Şimali Sentinel adasına çatdıqdan sonra adaya gələn bir neçə ziyarətçidən sağ qalan yeganə şəxsdir.

Xanım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Aprel 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri