Icma.az
close
up
RU
Turist Yunanıstanda hamının ideallaşdırdığı şəhəri tənqid atəşinə tutdu

Turist Yunanıstanda hamının ideallaşdırdığı şəhəri tənqid atəşinə tutdu

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təcrübəli səyahətçi Kortni Poçin etiraf edib ki, Yunanıstanda onu ən çox məyus edən şəhər Afinadır.

Lent.az xarici mediaya istinadla xəbərinə görə, uşaqlıqdan mifologiyaya maraq göstərdiyindən bu qədim şəhərin küçələrində gəzməyi həmişə xəyal edib.

“Yunanıstanı görmək mənim uşaqlıq arzum idi – mifologiya, qədim tanrılar və əlbəttə ki, ‘Səyyah şalvarlar bacılığı’ filmi. Holland America kruizimiz Afinadan başladığına görə çox sevinmişdim. Hətta bir gün əvvəl gəlib, şəhərin atmosferini hiss etmək istədik,” – Kortni bildirib.

Onun şəhərlərlə tanış olma üsulu – planlaşdırılmamış, rahat gəzintilərdir. Amma Afinada bu yanaşma nəticə vermədi.

Parfenondan sonra heyranlıq bitdi

“Günümüz Akropolla başladı. Uşaqlıq arzum olan Parfenonu gördüm. Və… doğrusu, sevincim orada bitdi. Romada bir neçə gün heyranlıqla gəzə bilirsən – Kolizey, Trevi fəvvarəsi, Sikstin kapellası. Burada isə əsas həyəcan elə günün əvvəlində idi, sonra isə – boşluq.”

Şəhər təsir bağışlamadı

Kortni şəhərdəki binaların boz, köhnə və bərbad vəziyyətdə olduğunu qeyd edir. Otelin damından olan mənzərələr belə onu sevindirməyib. “Bunu etiraf etməyi sevmirəm, amma Afina mənə yad gəldi".

Tək onun fikrimi?

"Reddit"də də bir çox insan Afinanı çirkli, darıxdırıcı və soyuq münasibətli şəhər kimi təsvir edir. Lakin jurnalist Lola Alao bildirir ki, Afina – haranı gəzdiyindən çox asılıdır. Bu fikrə Kortni də qismən razıdır.

Plaka – təsəvvüründəki Afina

Akropolun ətəyində yerləşən Plaka rayonu Kortninin gözlədiyi romantik Afinanı xatırladır – daş döşənmiş küçələr, rəngarəng evlər, çiçəklərlə bəzədilmiş eyvanlar… Amma eyni zamanda bu ərazi tamamilə turist tələsidir: hər addımda suvenir mağazaları və bahalı kafelər. Kortni turistlərə Plakada yemək yeməməyi tövsiyə edir – qiymətlər şişirdilmişdir və keyfiyyət bəzən gözləntini doğrultmur.

Həqiqi Yunan yeməkləri harada dadılmalı?

Kulinariya jurnalisti olan Kortni, Afinada “To Kati Allo” adlı ailəvi restorana (Chatzichristou 12 ünvanında) təsadüf edib. Bu restoranda menyu divarda yazılıb, sosial şəbəkə hesabları yoxdur, amma yeməklər sadə və dadlıdır. 7 avroya yunan salatı, 8.50 avroya isə donuz ətindən şaşlıq sifariş verib. Ən bahalı yemək – sobada bişmiş dəniz balığı 14 avro olub. Axşam saat 8-dən sonra çöldə yer tapmaq çətinləşsə də, gözləməyə dəyərmiş.

Afinaya getməyə dəyərmi?

“Afinanı həmişə bir mif kimi görürdüm. Onunla tanışlıq isə ulduzuna pərəstiş edən birinin gerçəklə qarşılaşması kimiydi: maraqlı, amma duyğu olmadan. Ola bilsin, düzgün vaxtda getmədim, ya da çox gözlənti ilə getdim,” – Kortni fikrini tamamlayır.

Sonda əlavə edir: “İlk təəssürat həmişə doğru olmur. Afina mənə ilk baxışda aşiq etmədi, amma bu o demək deyil ki, siz də sevməyəcəksiniz. Sadəcə, gedəndə ideal yox, real Afinaya hazır olun”.


 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri