Icma.az
close
up
RU
“Turistik kəndlər” layihəsi: İlisu kəndi təbiəti, tarixi və mədəniyyəti ilə turistlərin sevilən məkanı

“Turistik kəndlər” layihəsi: İlisu kəndi təbiəti, tarixi və mədəniyyəti ilə turistlərin sevilən məkanı

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qax, 22 oktyabr, AZƏRTAC

Turizm ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən sayılır. Milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində də bu sahəyə xüsusi önəm verilib.

AZƏRTAC-n bölgə müxbiri xəbər verir ki, Dövlət Turizm Agentliyi yeni “Turistik kəndlər” layihəsinə başlayıb. Bu layihəyə daxil olan kəndlərdən biri də Qaxın İlisu kəndidir.

Böyük Qafqaz dağlarının ətəyinə sığınan İlisu ölkəmizdə il boyu ən çox qonaq qəbul edən yaşayış məntəqələrindən biridir. Tarixi memarlıq abidəsi Ulu körpü isə bu qədim diyarın vizit kartı hesab olunur.

İlisunun zəngin təbiəti, çoxəsrlik tarixi, mədəniyyət və arxeoloji abidələri, yerli əhalinin maraqlı dialekti və əlbəttə mətbəx mədəniyyəti də buraya yerli və xarici turistlərin marağını artıran amillərdəndir. Elə bu səbəbdəndir ki, ölkəmizin turizm xəritəsində müxtəlif bölgələri əhatə edən 8 yaşayış məntəqəsi “Turistik kənd” kimi qeyd olunur və bu istiqamətdə yeni konsepsiya hazırlanır. Layihədə İlisunun qeyd edilməsi isə heç də təsadüf deyil. Belə ki, İlisu tarixən infrastruktura malik olub və bu gün də ilin bütün fəsillərində bura qonaqlı-qaralıdır.

İlisu Tarix-Mədəniyyət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu turistlərin diqqətini çəkən məkanlardandır. Qeyd edək ki, İlisuda 15-ə yaxın müxtəlif tarix-mədəniyyət abidəsi mühafizə olunur. Məhz bu amildən çıxış edən Dövlət Turizm Agentliyi İlisuda turizmin daha da şaxələnməsinə start verib.

Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov bildirir ki, kənd ekoturizm və mədəni irs nümunələri ilə çox zəngindir. “Turistik kənd” layihəsinin məqsədi icma əsaslı turizmin formalaşdırılması, yerli əhalinin məşğulluğunun təmin olunması, qonaqlar üçün müəyyən infrastrukturun yaradılması və turistlərə təqdim olunmasıdır”, - deyən idarə rəisi sözlərinə onu da əlavə edir ki, agentliyin həyata keçirdiyi digər maraqlı layihə isə Dövlət Məşğulluq Agentliyi ilə birgə icra olunur. Belə ki, kənd icmasının üzvləri evlərində qonaq qarşılamaq üçün müxtəlif ev avadanlıqları ilə təmin edilir. İndiyə kimi İlisuda 8 ailə 17 adda ev və məişət avadanlıqları ilə təmin olunub.

“Bəs turistik kəndlərin inkişaf konsepsiyasında hansı yeniliklər nəzərdə tutulur?”, - deyə Regional Turizm İdarəsinin rəisinə sual ünvanlayırıq. Şahin Məlikov deyir ki, kəndin giriş hissəsində müvafiq infrastrukturun qurulması, bərpa işlərinin aparılması, ümumi istirahət yerlərinin bərpası işləri nəzərdə tutulur. “Hesab edirik ki, bütün bu işlər regionda, həmçinin İlisu və Sarıbaş kəndlərində turizmin inkişafına ciddi töhfə verəcək”, - deyə o əlavə edir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib. Layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünü yaxşılaşdırmaq, kəndləri abadlaşdırmaq və bununla turizm və onun ətrafında məşğulluq imkanlarını genişləndirməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri