Icma.az
close
up
RU
Turistik məkanların Türkiyə seriallarında göstərilməsi Azərbaycana marağı daha da artıracaq ŞƏRH

Turistik məkanların Türkiyə seriallarında göstərilməsi Azərbaycana marağı daha da artıracaq ŞƏRH

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. 


Maraqlıdır, bu Saziş ölkəmizdəki turizmin inkişafına hansı töhfələri verə bilər? 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, bu Sazişdə iki ölkə arasında turizmdə əməkdaşlıq, qanunvericilik, məlumat mübadiəsi, statistikanın təkmilləşdirilməsi, qastroturizmin tanıdılması ilə bağlı müəyyən addımlar əks olunub:

“2024-cü il 15 noyabrda Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdı. Artıq bugünkü Fərmanla Saziş qüvvəyə minmiş hesab olunur. Əvvəl də bir neçə dəfə Türkiyənin rəhbər orqanlarından olan Mədəniyyət və Turizm Nazirliyi ilə bizim Turizm Agentliyi arasında görüşlər olub, fikir mübadilələri aparılıb. Onsuz da iki ölkə sıx əlaqələrə malikdir, artıq bu Sazişlə turizm sahəsində birgə fəaliyyətin təşkil olunması və ölkənin turizm məkanlarının tanıdılması istiqamətində işlərin daha böyük çərçivələrdə görülməsinə şərait yaradılacaq. Bu Saziş həm də beynəlxalq təşkilatlarda da təmsil olunması ilə birgə fəaliyyəti, turizm sahəsində təhsil ilə bağlı əməkdaşlıq, invesitiyanın təşviqi, birgə turizm marşrutlarının yaradılması ilə bağlı işləri nəzərdə tutur”.  


Onun sözlərinə görə, Türkiyə turizmlə bağlı TOP10-da olan ölkələrdən biridir və onlarla bərabər paralel addım ataraq birgə məkanın tanıdılmasını həyata keçirmək Azərbaycana daha çox turistin gəlməsinə, ölkənin daha çox tanınmasına xidmət etmiş olacaq:


“Türkiyə turizmdə öz sözünü demiş dövlətdir. Keçənilki statistikalarında kifayət qədər ciddi rəqəmlərin olması da bunu sübut edir. Ölkəyə 1 milyondan çox turist gəlməsi, turizm sektorunun 60 milyarddan çox gəlir əldə etməsi Türkiyəni bu sahədə dünyanın ən lider ölkələri siyahısına daxil edib. Azərbaycanın da Türkiyə ilə turizm istiqamətində birgə fəaliyyəti ölkəmizin turizminin inkişafına və turist axınına ciddi şəkildə öz təsirini göstərə bilər”.


Ekspert qeyd edib ki, burada digər məqam ölkənin turizmlə bağlı maraqlı yerlərinin Türkiyə film və seriallarında da istifadə edilməsi və tanıdılmasıdır:


“Bu da daha geniş izləyici kütləsinə çatmaq deməkdir. Bildiyimiz kimi, türk serialları xüsusən rusdilli ölkələrdə çox məşuhurdur. Gələcəkdə Azərbaycan məkanlarının da oraya daxil olması ölkəmizə olan marağı daha da artıracaq”.


Firuzə Əliyeva

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.


 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri