Icma.az
close
up
RU
“Turistlərin axtardığı geniş əyləncə imkanları, ailəvi fəaliyyətlər və mövsümi rahatlıq baxımından Azərbaycan geri qalır” İQTİSADÇI

“Turistlərin axtardığı geniş əyləncə imkanları, ailəvi fəaliyyətlər və mövsümi rahatlıq baxımından Azərbaycan geri qalır” İQTİSADÇI

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Statistik göstəricilərə əsasən, Azərbaycana gələn ərəb turistlərin sayında azalma müşahidə olunur.

Bildirilir ki, ötən illə müqayisədə ərəb turistlərin sayı 3,5% azalıb.

Bəzi ekspertlərin fikrincə, azalmanın əsas səbəblərindən biri ərəb turistlərin alternativ turizm ölkələrinə üz tutmasıdır.

Həmçinin Azərbaycanda turizm xidmətlərinin bahalığı da onların başqa ölkələri seçməsinə səbəb olur.

Görəsən, bu azalma ancaq qiymətlərlə bağlıdır?

Maraqlıdır, bu gün Azərbaycanda turizmin səviyyəsi və rəqabət qabiliyyəti hansı rolu oynayır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycana gələn ərəb turistlərin sayındakı azalma təkcə qiymətlərin yüksək olması ilə bağlı deyil.

“Qiymət amili əlbəttə ki, rol oynayır, çünki turistlər ödədikləri məbləğə uyğun xidmət gözləyirlər. Amma məsələ daha genişdir. Əsas səbəblərdən biri regional rəqabətin artmasıdır.

Son illər ərəb turistləri üçün Türkiyə, Gürcüstan, Balkan ölkələri və hətta, Orta Asiya yeni və daha sərfəli alternativlər kimi ön plana çıxır. Bu ölkələr həm daha münasib qiymətlər təklif edir, həm də daha güclü marketinq kampaniyaları aparırlar.

Digər tərəfdən, Azərbaycanda xidmət səviyyəsi bərabər deyil. Bəzi obyektlər yüksək keyfiyyət təklif etsə də, bəzilərində xidmət mədəniyyəti, dil bilikləri və turist yönümlü yanaşma yetərli deyil”,-deyə o əlavə edib.

İqtisadçı qeyd edib ki, turistlər yalnız ucuz xidmət deyil, ödədikləri pulun qarşılığında dəyər görmək istəyirlər və bu gözlənti Azərbaycanın hər yerində ödənilmir.

“Marketinq məsələsi də önəmlidir. Bir neçə il əvvəl Azərbaycan ərəb ölkələrində aktiv şəkildə reklam olunurdu. Bu iş indi əvvəlki qədər güclü deyil. Turist axınını sabit saxlamaq üçün davamlı görünürlük lazımdır.

Əlavə olaraq, turistlərin axtardığı geniş əyləncə imkanları, ailəvi fəaliyyətlər və mövsümi rahatlıq baxımından Azərbaycan bəzi rəqiblərdən geri qalır. Yayların çox isti olması, qış turizminin məhdudluğu və böyük əyləncə mərkəzlərinin azlığı seçimləri məhdudlaşdırır.

Yəni nəticə olaraq, azalma qiymətlərin yüksəkliyi ilə bağlı olsa da, əsas səbəb yalnız bu deyil. Rəqabət, xidmət keyfiyyəti, infrastruktur və marketinq kimi faktorlar birlikdə təsir edir. Azərbaycanda turizmin potensialı böyükdür, amma rəqabət qabiliyyətinin artırılması üçün xidmətin keyfiyyəti, infrastruktur və qiymət-dəyər balansı üzərində daha sistemli iş aparılmalıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri