Icma.az
close
up
RU
Turizm şirkətlərinin qeydiyyatı məcburi aparılsın! TƏKLİF

Turizm şirkətlərinin qeydiyyatı məcburi aparılsın! TƏKLİF

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xüsusilə tur-operator və turagent münasibətləri qanunvericilikdə nəzərdə tutulsa da, bu münasibətlərin icrasına real nəzarət mexanizmi ilə tənzimlənməsi vacibdir. Tur-operatorun müştəriyə birbaşa satış etməməsi təmin olunmalı və eyni zamanda tur zamanı baş verə biləcək hər hansı hadisə ilə bağlı məsuliyyətin tur-operatorun üzərində olması daha aydın şəkildə təsbit edilməlidir. Bununla yanaşı, turagentlərin tur-operator fəaliyyəti ilə məşğul olmaması, onların tur-operator tərəfindən hazırlanmış turizm məhsullarının satışını həyata keçirməsi məqsədəuyğundur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçiriləcək ictimai dinləmədə deputat Göydəniz Qəhrəmanlı bildirib.

Bu yanaşma turizm sektorunda sağlam rəqabətin qorunmasına və məsuliyyət bölgüsünə xidmət edəcəkdir.

Bələdçilərlə bağlı məsələyə də toxunmaq istərdim. Belə ki, sertifikasiyanın könüllü deyil, məcburi qaydada həyata keçirilməsi, bələdçi fəaliyyətinin yalnız Azərbaycan Respublikasının vətəndaşlarına verilməsi məqsədəuyğun hesab olunur. Bu, həm milli maraqların qorunmasına, həm də turistlərə təqdim olunan məlumatların keyfiyyətinə və etibarlılığına xidmət edər. Eyni zamanda, ekskursiya fəaliyyəti ilə məşğul olan subyektlər üçün vahid ekskursiya mətninə və standartlara riayət olunması vacibdir.

Turizm sahəsində baş verən xoşagəlməz və sui-istifadə hallarının qarşısının alınması məqsədilə turizm şirkətlərinin dövlət reyestrində qeydiyyatının könüllü deyil, məcburi olması zəruridir. Turizm haqqında Qanunda nəzərdə tutulan reyestr turizm bazarında istehlakçı hüquqlarının qorunmasını daha da gücləndirəcəkdir.

Turist daşıyan nəqliyyat vasitələri üçün xüsusi dayanacaq yerlərinin yaradılması şəhər infrastrukturunun səmərəli təşkili, yol hərəkətinin təhlükəsizliyi və turistlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri