Icma.az
close
up
RU
TÜRK AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir FOTOLAR

TÜRK AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 21-də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv və müşahidəçi ölkələrin konstitusiya məhkəmələrinin nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumta görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetində olublar. 

Nümayəndə heyətinin üzvləri bu ali təhsil müəssisəsində yaradılan müasir təhsil və elmi imkanlarla tanış olublar.

Daha sonra Qarabağ Universitetinin hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib. Görüş zamanı konstitusiya ədalət mühakiməsi, hüquq sisteminin inkişafı və müasir dövrdə hüquq sahəsində qarşıya çıxan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin üzvləri tələbələrin suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

Görüş gənc hüquqşünasların beynəlxalq təcrübə ilə tanışlığı, hüquqi biliklərinin artırılması və peşəkar inkişafı baxımından əhəmiyyət daşıyıb. 

Universitetdə keçirilən görüşdən sonra qonaqlar Xankəndi şəhəri ilə burada  aparılan genişmiqyaslı tikinti-quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar.

Onlar şəhərdə həyata keçirilən abadlıq tədbirlərini, infrastrukturun yenilənməsi və müasir şəhər mühitinin formalaşdırılması istiqamətində görülən işləri yerində müşahidə ediblər.

Xatırladaq ki, oktyabrın 19-dan 22-dək Bakıda TÜRK-AY Təşkilatının “Süni intellektin Konstitusiya Məhkəmələrinin fəaliyyətində rolu” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın Konstitusiya məhkəmələrinin, eləcə də müşahidəçi statusunda olan Pakistan Konstitusiya Məhkəməsinin və Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin nümayəndə heyəti iştirak edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri