Türk cərrahlardan mürəkkəb əməliyyat: İki ürəyi birbirindən ayırdılar FOTO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə əlcazairli Rinas və Rinad adlı Siam əkizləri əməliyyat edilərək bir-birindən ayrılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, kardioloq, pediatr, plastik cərrahlar və orqan nəqli həkimlərindən ibarət heyətin cərrahi müdaxiləsi nəticəsində körpələr bir-birindən uğurla ayrılıb.
Əməliyyatın ən çətini - əkizlərin ürəyini bir-birindən ayrımağı Acıbadəm Universitetinin ürək-damar cərrahı, professor Ersin Erek həyata keçirib.
“Adətən, cərrahi müdaxilələrdə perikarda çatdıqda döyünən ürək görürük. Ancaq burada iki ürək görmək bizim üçün çox qeyri-adi hadisə idi. Körpələr bir ürək kisəsini paylaşırdılar. Rinasın ürəyində ciddi qüsur vardı. Əməliyyatımızla hər iki ürək üçün kisə yaratdıq. Onlar bundan sonra iki ayrı bədəndə sağlam şəkildə döyünməyə davam edəcəklər”,- deyə o bildirib.
Rekonstruktiv və estetik cərrah Ərdəm Güvən isə əkizləri birləşdirən sümük toxumasını dəyişərək döş sümüyü yaratdıqlarını deyib.
Hazırda sağlamlığına qovuşan körpələri qucağına alan Belkacem ailəsi sevinclə ölkələrinə dönməyə hazırlaşırlar. Onlar Türkiyəyə və türk həkimlərə təşəkkür ediblər.
Rəna, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 08 Noyabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















