“Türk dövlətləri Pazeşkianı dəstəkləyərək İranda sosial islahatların həyata keçirilməsinə yol açmalıdır” TÜRKİYƏLİ POLİTOLOQ
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranda etirazlar ciddi şəkildə davam edir və vəziyyət ölkədə gərginliyi daha da artırır.
Siyasi şərhçilər hesab edir ki, bölgədə siyasət və əməkdaşlıqda mühüm rol oynayan Türk Dövlətləri Təşkilatı bu vəziyyətdə İran prezidenti Məsud Pazeşkianı dəstəkləməlidir.
Məsələyə münasibət bildirən türkiyəli politoloq Həsən Oktay Gununsesi.info -ya belə danışıb:
“Yanvar ayında baş verən ciddi inflyasiya nəticəsində dükan sahibləri bizneslərini aça bilmədi və bu, genişmiqyaslı küçə etirazlarına səbəb oldu. Bəzi analitiklər bunun xaricdən dəstəkləndiyini iddia etsələr də, əslində bu, İranın daxili idarəetmə böhranının təzahürüdür. Tramp və Netanyahunun Əl-Əqamişdəki görüşü isə bu etirazların xaricdən dəstəklənən hərəkat kimi xarakterizə olunmasına imkan verdi. Lakin İranın iqtisadi çöküşünün daxili səbəbləri nəzərə alınmalıdır.
ABŞ-ın Venesuelaya müdaxiləsini və Yaxın Şərqdə belə addımların uğursuz nəticələrini nəzərə alaraq, Türk Dövlətləri Təşkilatı İranın seçilmiş prezidenti Məsud Pazeşkianı dəstəkləməli və İranda sosial islahatların yolunu açmalıdır. Bu kontekstdə həm Türk Dövlətləri Təşkilatı, həm də İslam Əməkdaşlıq Təşkilatı İran məsələsi ilə bağlı yol xəritəsi hazırlamaq üçün təcili toplanmalıdır”.
Politoloq onu da qeyd edib ki, İrandakı münaqişələr qonşu ölkələr üçün ciddi problemlər yaradacaq.
“Miqrasiya hərəkatları, iqtisadi böhran və İranın geniş coğrafiyası bu problemlərin regiona yayılmasına səbəb ola bilər. Buna görə də, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı İranın ərazi bütövlüyünü qorumaq və sistemli dəyişiklik yolu ilə daxili problemləri həll etmək üçün dərhal yol xəritəsi hazırlamalıdır”,-deyə Həsən Oktay fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 09 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















