Icma.az
close
up
RU
Türkiyəli politoloq: “Güclü və nizamlı Türk Ordusunun İsraili məğlub etmə ehtimalı çox böyükdür”

Türkiyəli politoloq: “Güclü və nizamlı Türk Ordusunun İsraili məğlub etmə ehtimalı çox böyükdür”

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Suriyadakı vəziyyətin həlli və regionda stabilliyin təmin olunması üçün ABŞ və Avropanın Türkiyə ilə əməkdaşlıq etməkdən başqa çarəsi yoxdur”.

Bu fikirləri Moderator.az-a türkiyəli politoloq Hüsaməttin İnaç deyib.

Türkiyəli politoloq qeyd edib ki, 2015-ci ildə Suriya məsələsində Rusiya və İran Bəşər Əsəd hökumətinə dəstək olmaq məqsədilə ölkəyə daxil oldu:

“Həmin vaxt Suriya daxilində, xüsusilə şimalda, terror dəstələrinin (PKK, YPG və digər qruplar) fəaliyyətləri genişlənirdi. İran bu təşkilatlara geniş dəstək verir, Rusiya isə PKK-nın Moskvadakı ofisini dəstəkləyirdi. Lakin zamanla ABŞ və Avropa Türkiyəyə qarşı mövqedə daha çox bu təşkilatları dəstəkləməyə başladılar. Bu vəziyyət Türkiyəni İran və Rusiya ilə yaxın münasibətlər qurmasına səbəb oldu. Soçi razılaşması bu çərçivədə əldə olundu və Astana prosesinin inkişafına səbəb oldu. Soçi razılaşmasının əsas elementlərindən biri İdlib bölgəsində bütün müxaliflərin toplanması, bu bölgənin toqquşmalardan azad elan edilməsi və nəzarətin Türkiyəyə verilməsi idi.

2012-ci ildən başlayaraq, Suriya daxilində bəzi qruplaşmaların öz müstəqilliyini elan etməsi prosesi başladı. 2012-ci ildə Suriyada Colaninin rəhbərliyi altında yaradılan “Cəbhət ən-Nusra” qrupu İraqdakı “İslam Dövləti”nin gələcək lideri Əbu Bəkr əl-Bağdadi ilə fəaliyyətini koordinasiya edərək, qısa zamanda böyük nüfuz qazandı. İlk olaraq "Cəbhət ən-Nusra" (HÜSSA) adı ilə fəaliyyət göstərən qruplaşma, daha sonra özünü "Heyət Təhrir əş-Şam" (HTŞ) kimi yenidən təşkil etdi”.

Politoloq vurğulayır ki, 27 noyabrda baş verən hadisələr Türkiyənin strateji yanaşması nəticəsində həyata keçirildi:

“Türkiyə HTŞ-nin daxilində olmasa da, bu qruplaşmanın gələcək davranışları ilə bağlı tövsiyələr verdi və müəyyən logistik dəstəklər təqdim etdi. Bu gün artıq vəziyyət belədir ki, Suriyada maraqları olan hər kəs Türkiyə ilə dialoq qurmaq məcburiyyətindədir. Bundan sonra bölgədə Türkiyənin əleyhinə və ya onun istəmədiyi bir vəziyyətin yaranması praktik olaraq mümkün görünmür. Xüsusilə bundan sonra Türkiyə öz prioritetləri çərçivəsində addımlarını atacaq. Türkiyənin Məhəmməd ibn Məhəmməd əl-Colani ilə İsrail məsələsində eyni mövqe tutduğu görünür. Türkiyə Qolan təpələrindəki vəziyyətdən son dərəcə narahatdır. Necə ki, Bəşər Əsəd İran və Rusiyanı dəvət etmişdi, eləcə də HTŞ- nin lideri Colanin bölgəyə  Türkiyə ordusunu çağırması ehtimalı çox böyükdür. Türkiyə bu prosesdə həm hərbi, həm də diplomatik yollarla güclü bir mövqe nümayiş etdirir.  Türkiyənin Qolan məsələsindəki çağırışı hərbi və ictimai sahədə mühüm bir addım idi, çünki çox yaxın zamanda, mart ayından etibarən, yerli komitələrin yerini həqiqi hökumət quruluşları alacaq və bu prosesdə Türkiyə ilə bölgədə əməkdaşlıq müqaviləsi imzalanacaqdır. Eyni zamanda, dəniz sərhədləri ilə bağlı "Belqrad” razılaşması vasitəsilə də bir anlaşma əldə olunacaq. Beləliklə, Türkiyə bölgədə strateji üstünlüklər əldə edir və İsraillə bölgədə toqquşa bilər. İsrail hərəkətə keçərkən tələsik və plansız reaksiya verir. Çünki bu, əsasən qorxaq əsgərlərdən ibarət sistemdir və heç vaxt güclü ordu ilə üz-üzə gəlməyib. Hizbullah  və digər qruplaşmalar Türkiyə ordusu  ilə  müqayisədə çox zəifdilər.  Güclü və nizamlı bir ordunun Qolan təpələrində İsraili məğlub etməsi ehtimalı böyükdür və İsrail bu vəziyyətdə hər şeyi buraxaraq qaçacaq”.

H.İnanç vurğulayıb ki, Suriya məsələsi Rusiya və Türkiyə münasibətlərinə müəyyən mənada təsir göstərib:

“Rusiya nə qədər də Türkiyə qarşı razılığını ifadə etsə də əlaqələrə son qoya bilməz. Ukrayna müharibəsi və digər beynəlxalq sanksiyalar nəticəsində Rusiya iqtisadi baxımdan Türkiyəyə daha çox bağlılıq göstərmək məcburiyyətindədir. Rusiya Suriyada mövqeyini bərpa etmək üçün Türkiyə ilə münasibətlərini saxlamağa məcburdur. Eyni zamanda, Rusiya Suriyada dəniz və hava bazalarına sahibdir, amma bu bazaları tam güclə idarə etmək üçün Suriyada daha çox təsirə ehtiyac duyur ki, bu da Türkiyənin köməyinə ehtiyac yaradıb. Bu səbəbdən Rusiya və Türkiyə arasındakı əlaqələr əvvəlki qədər güclü olmasa da davam edəcəkdir”.

 

ABŞ-ın  bölgədəki dəyişiklikləri artıq daha yaxşı başa düşdüyü deyən politoloq qeyd edib ki, PKK və YPG-nin ABŞ tərəfindən dəstəklənməsi davam etsə də, bu dəstəyin miqyası azalmaqdadır, çünki bölgədəki şərtlər kökündən dəyişib:

“PKK-YPG-ə dəstək verən qüvvələr artıq yoxdur. Türkiyənin hərbi və siyasi gücü bölgədə PKK/YPG kimi terror təşkilatlarının fəaliyyətini məhdudlaşdırmağa imkan verir. Türkiyənin məqsədi Suriyada terror təşkilatlarından təmizlənmiş və vahid bir dövlətin qurulmasıdır. Bu mövqedə həm Rusiya, həm də İran Türkiyə ilə müəyyən dərəcədə həmfikirdir. 2019-cu ildə “Barış Pınarı” hərəkatı ilə əlaqədar Rusiya və ABŞ tərəfindən Türkiyəyə 30 km-lik bir təhlükəsizlik bölgəsinin yaradılacağına dair söz verilmişdi. Türkiyə isə bu bölgəni daha da genişləndirəcəkdir. Hazırda bu təhlükəsizlik bölgəsinin yaradılması prosesləri sürətlə davam edir. Əsas hədəf isə Suriya Milli Ordusunun bu bölgədə tamamilə nəzarəti ələ almasıdır. Önümüzdəki günlərdə bu proses tək-tək mərhələlərlə həyata keçiriləcəkdir.

ABŞ-ın bu bölgədə daha uzun müddət qalması artıq mümkün deyil.Donald Tramp yenidən iqtidara gəldikdən sonra ABŞ-ın gələcək siyasətində dəyişikliklər gözlənilir. Tramp daha güclü şəkildə siyasət səhnəsinə qayıdıb və bu dəfə məğlüb olmaq istəməyəcəkdir. Tramp daha əvvəl Suriyadan çıxmaq istədiyini bəyan etmişdi, lakin həmin vaxt daxili siyasi sistem buna imkan verməmişdi. İndi isə vəziyyət dəyişib və ABŞ-ın Suriyadan çıxması daha real görünür”.

“Nəticədə, Türkiyə bölgədə daha güclü mövqe tutmağa və Suriyada terror təşkilatlarının fəaliyyətini tamamilə dayandırmağa çalışır. Bu, həm də Suriyanın gələcəkdə daha sabit və Türkiyə ilə əməkdaşlıq edən bir dövlət olmasını təmin etməyi hədəfləyir”-, deyə Hüsammətin İnanç bildirib.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri