Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatına daxil olan bütün üzvlər arasında birgə hərbi əməkdaşlıq yüksək səviyyədədir

Türk Dövlətləri Təşkilatına daxil olan bütün üzvlər arasında birgə hərbi əməkdaşlıq yüksək səviyyədədir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Türk Dövlətləri Təşkilatı etnik köklərə əsaslanır. Bir çox təşkilatları tanıyırıq. Onlarla müqayisə etmək istəmirəm. Lakin Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə və ümumi dəyərlərə əsaslanmasıdır. Biz həmin dəyərlərlə bölüşürük. Yenə də müqayisə etməmək çətindir. Üzrlü hesab edin, lakin bunu edəcəyəm. Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər cənubu və şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox. Bizdə yoxdur. Bu, bizi unikal edir”. Bu sözləri ölkə başçısı İlham Əliyev bir neçə gün öncə ADA universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda danışıb.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər arasında, hərbi sahədə əməkdaşlıq kifayət qədər yüksək səviyyədə, inkişaf etdirilir və əməkdaşlıq həyata keçirilir.

Azər Allahverənov

Deputat Azərbaycanla Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi”ni xatırladaraq qeyd edib ki, bu sənəd strateji müttəfiqliyin ən yüksək səviyyədə təmin olunmasına zəmanət verən bir çox vacib sənəddir.

“Eyni zamanda Azərbaycan, Özbəkistan və Azərbaycan, Qazaxıstan arasında da çox vacib sənədlər imzalanmaqla yanaşı hərbi sahədə əməkdaşlığı özündə ehtiva edən sənədlər kifayət qədər çoxdur. Bu da o deməkdir ki, ikitərəfli üçtərəfli münasibətlər kontekstində müttəfiqlik münasibətlərimiz və ya əlaqələrimiz inkişaf etdirilməkdədir”-deyən deputat hesab edir ki, tək hansısa beynəlxalq sənədlərin imzalanması ilə yox, həm də konkret olaraq əməllərdə də - Türk Dövlətləri Təşkilatına daxil olan bütün üzvlər arasında birgə hərbi əməkdaşlığın ayrı-ayrı aspektlər üzrə inkişaf etdirilməsi sahəsində bir işbirliyinin olduğunu görürük.

“İstər güc strukturları arasında, istərsə də regional terrorizmlə və ekstremist fəaliyyətlə mübarizə kontekstində əməkdaşlıq özünü bariz şəkildə göstərir. Bu da onu göstərir ki, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər bu əlaqələri daim inkişaf etdirməkdədir. Hətta ordu quruculuğu sahəsində maddi-texniki bazanın gücləndirilməsi sahəsində hansısa uyğunlaşdırma işlərinin həyata keçirilməsində maraqlı olduqlarını bildirir və bu istiqamətdə də müəyyən işlər,birgə təlimlər keçirilir. Antiterror əməliyyatlarının yerinə yetirilməsi, eyni zamanda təhlükəsizliyin təmin olunması məsələləri ilə bağlı hərbi qüvvələr arasında təcrübənin mübadiləsi və müasir döyüş əməliyyatlarının yerinə yetirilməsi zamanı istifadə olunan texniki biliklərin mübadiləsinin şahidi oluruq. Bu da ondan xəbər verir ki, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər bu sahədə də məlumat mübadiləsi, müdafiə sahəsində təcrübənin inkişaf etdirilməsi və ya bir qədər də zənginləşdirilməsi, bu müdafiəni və mümkün təhlükəsizliyi təmin edəcək. Döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması və strateji qarşılıqlı əlaqələrin yaxşılaşdırılması istiqamətində də zəruri işlərin həyata keçirildiyinin şahidi oluruq”-deyə Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, Türkiyə hərbi-texnoloji nöqtey-i nəzərdən kifayət qədər inkişaf etmiş dövlətdir: “Türkiyə Azərbaycanın və Qazaxıstanın yanındadır, bu istiqamətdə müəyyən işlər həyata keçirməkdədir. Silahlı Qüvvələrin yeni silah növləri ilə təchiz olunması və modernləşdirilməsi kimi məsələləri xüsusilə qeyd edə bilərik”.

Azər Allahverənovun fikrincə, hərbi texnologiyalar sahəsində də əməkdaşlığın inkişaf etdirildiyinin şahidi oluruq, çünki Azərbaycanda hərbi sənaye sahəsi sürətlə inkişaf etməkdədir və onlarla dövlətə hərbi sənaye məhsulları satılmaqdadır.

“Bu nailiyyətlərin əldə olunmasında, Türkiyə ilə bu sahədə əməkdaşlıq, zamanı qazanılan təcrübə və bundan irəli gələn potensialın artırılması kimi imkanlar və ya bilik və dəyərlərin geniş şəkildə artırılması istiqamətində müəyyən uğurlar qazandığının şahidi oluruq. Burada pilotsuz uçan aparatların daha müasir modelləri ilə, Azərbaycan Silahlı Qüvvələrinin təminatı və hərbi sahədə əməkdaşlığın ayrı-ayrı aspektlərini özündə ehtiva edən çox vacib məqamlardır. Siyasi strateji münasibətlər də burada bilavasitə, təhlükəsizliyin təmin olunması istiqamətində, eyni zamanda, müdafiə infrastrukturunun qurulması məsələlərində də öz sözünü deyir. Bu da olduqca vacib bir elementdir”-deyən deputat vurğulayıb ki, təhlükəsizlik məsələləri barədə danışarkən, kibertəhlükəsizlik sahəsində də çox geniş səpkidə işlər görüldüyünün şahidi oluruq.

“Rəqəmsallaşma və ordunun mümkün kiber hücumlardan qorunması istiqamətində, zəruri effektiv bir müdafiə xəttinin qorunması kimi məsələlərin həll olunması istiqamətində birgə təlimlərin keçirilməsi istiqamətində məlumat mübadiləsinin baş verməsinin də şahidi oluruq. Türk Dövlətləri Təşkilatı arasında ordu quruculuğundan başlayaraq, regional təhlükəsizliyin təmin olunması istiqamətində çox ciddi işlər həyata keçirməkdədir”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Aprel 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri