Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatında Azərbaycanın liderlik rolu

Türk Dövlətləri Təşkilatında Azərbaycanın liderlik rolu

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir”.

Bunu Prezident İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Eyni zamanda İlham Əliyev Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edib:

“Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur”.

Maraqlıdır, bu sərmayələr gələcəkdə ortaq iqtisadi məkan və ya vahid infrastruktur layihələrinin əsasını qoya bilər?

Millət vəkili, iqtisadçı-ekspert Azər Badamov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatının lokomotivi rolunu oynayır. 

Onun sözlərinə görə, ölkəmizin yerləşdiyi strateji coğrafiya və son illərdə həyata keçirdiyimiz iri nəqliyyat layihələri bizi türk dövlətləri arasında bir körpüyə çevirib. 

"Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında baş verən yükdaşımaların mühüm hissəsi məhz Azərbaycan üzərindən həyata keçirilir. 2024-cü ildə ölkəmiz üzərindən 15 milyon ton yük daşınıb ki, bu da regiondaxili inteqrasiyanın praktiki göstəricisidir.

Azərbaycan nəqliyyat sektoruna davamlı şəkildə böyük investisiyalar yatırıb. Bu sərmayələr təkcə daxili ehtiyaclara deyil, həm də türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Bununla yanaşı, Azərbaycan ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Bu vəsaitlər əsasən ortaq müəssisələrin qurulmasına, logistik mərkəzlərin və sənaye sahələrinin inşasına yönəlib.

Xüsusilə, təkcə Türkiyə iqtisadiyyatına yatırılan investisiyanın həcmi 19,5 milyard dolları keçib. Qeyd etmək lazımdır ki, Türkiyə də Azərbaycan iqtisadiyyatına 13 milyard dollara yaxın investisiya yatırıb.

Azərbaycan eyni zamanda Mərkəzi Asiya ölkələrində də bir sıra iqtisadi layihələrə sərmayə qoyur. Bu qarşılıqlı investisiyalar ölkələrimiz arasında iqtisadi bağların güclənməsinə, daha sıx və davamlı əməkdaşlıq mühitinin formalaşmasına səbəb olur.

Bu mənzərə fonunda demək olar ki, bu gün qoyulan sərmayələr gələcəkdə ortaq iqtisadi məkanın və regional infrastruktur şəbəkəsinin əsas sütunlarından birinə çevrilə bilər".

Millət vəkili qeyd edib ki, Türk İnvestisiya Fondu 2023-cü il martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə görüşündə imzalanan saziş əsasında yaradılıb:

“Fondun əsas məqsədi üzv ölkələr arasında ticarəti canlandırmaq, xüsusilə də mikro, kiçik və orta sahibkarlıq subyektlərini maliyyə baxımından dəstəkləməkdir. Bundan əlavə, Fond “yaşıl iqtisadiyyat”a keçidi təşviq edən layihələrə xüsusi önəm verir.

Azərbaycanın bu qurumdakı rolu təkcə təsisçi mövqeyindən deyil, həm də regiona yatırdığı investisiyalar və həyata keçirdiyi iqtisadi layihələrlə müəyyən olunur. Azərbaycanın geniş maliyyə imkanları və təşəbbüskar rolu ona fondun qərarverici mexanizmlərində önəmli yer tutur.

Türk İnvestisiya Fondunun gələcək fəaliyyəti, əsasən, enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və bərpa olunan enerji sahələrində olacaq. Məhz Türk İnvestisiya Fondu vasitəsilə həyata keçiriləcək layihələr regionun iqtisadi çəkisini artırmaqla yanaşı, üzv dövlətlər arasında iqtisadi inteqrasiyanı daha da gücləndirəcək. Beləliklə, fond həm real sektorda yeni imkanlar yaradacaq, həm də türk dünyasında iqtisadi təhlükəsizliyin və qarşılıqlı asılılığın güclənməsinə töhfə verəcək”.

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: TDT Azərbaycan Azər Badamov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri