Icma.az
close
up
RU
Azay Quliyev: “Azərbaycanın Türk Dövlətləri Təşkilatında çox böyük siyasi çəkisi var”

Azay Quliyev: “Azərbaycanın Türk Dövlətləri Təşkilatında çox böyük siyasi çəkisi var”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu gündən Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci zirvə toplantısı öz işinə başlayır. Bu sammit  türk dövlətlərini daha da yaxınlaşdırır və bu möhtəşəm qurumun institutlaşması yolunda bir addım bizi irəliyə aparır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azay Quliyev bildirib.

Azay Quliyev qeyd edib ki, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq bir instituta çevrilib:

“Türk Dövlətləri Təşkilatı dövlətlərarası ən etibarlı, əlaqələri daha səmimi və uzaq gələcəyə hesablanmış  dövlətlərarası qurumdur. Ona görə də bu sammitdə Azərbaycanın da iştirakı xüsusilə əhəmiyyət kəsb edir. Türk dünyasının birliyi və güclənməsi istiqamətində Azərbaycan Prezidenti  liderlik funksiyasını yerinə yetirir. Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının  güclənməsi ,eyni zamanda, geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi üçün xeyli işlər görür. Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilib. Məhz, Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb”.

Millət vəkili vurğulayıb ki, Cənab Prezident  2024-cü  il fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qeyd etmişdi ki, bizim üçün Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir:

“Azərbaycanın Türk Dövlətləri Təşkilatında  çox böyük siyasi çəkisi var. Məhz, Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi Qırğız dövlət tərəfindən Cənab Prezidentə göstərilən diqqət və qayğının bariz nümunəsidir”.

 Azay Quliyev vurğulayıb ki, qəbul olunan qərarların sırasında Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq. Bu təqdirəlayiq bir addımdır:

 “Çünki bu o deməkdir ki, bu dövlətlərarası qurum kimi yeni bir statusa malik olur və artıq hər ölkənin  katibliyi yanında rəsmi nümayəndəsi olacaq. Azərbaycan və Türk dünyası real birləşmək modelini seçiblər. Türk Dövlətləri Təşkilatının genişlənməsi, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Atılan addımlar onu deməyə əsas verir ki, Avrasiya bölgəsində Türk Dünyası Birliyi ilə hər kəs hesablaşmalı olacaq”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2024 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri