Icma.az
close
up
RU
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ 12 ci ZİRVƏ GÖRÜŞÜNÜN ƏHƏMİYYƏTİ Qəvami Sadıqbəyli yazır

TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ 12 ci ZİRVƏ GÖRÜŞÜNÜN ƏHƏMİYYƏTİ Qəvami Sadıqbəyli yazır

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

6–7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısı beynəlxalq münasibətlər sistemində mühüm siyasi hadisə kimi dəyərləndirilir.
Zirvənin əsas mövzusu olan “Regional Sülh və Təhlükəsizlik” anlayışı, həm türk dövlətlərinin inteqrasiya istiqamətini, həm də təşkilatın qlobal güc mərkəzinə çevrilmə prosesini əks etdirir.
TDT-nin fəaliyyəti boyunca Azərbaycan təşkilatın lokomotiv dövləti kimi çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində türk dünyası arasında həmrəyliyin gücləndirilməsi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır.
Xüsusilə, Zirvə görüşlərinin illik sayının iki dəfə artırılması ideyası təşkilatın fəaliyyətinə yeni dinamizm qazandırmışdır.
Azərbaycanın Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulmasında lider rolu bu sammitdə də özünü aydın göstərir. 
Post-müharibə dövründə sülh, sabitlik və ədalətli diplomatiya prinsiplərinin təşəbbüskarı kimi Bakı, türk dünyasının birliyi və beynəlxalq etimadın artması istiqamətində nümunəvi mövqe nümayiş etdirir.
Son illərdə TDT-nin fəaliyyəti təkcə mədəni və humanitar sahələrlə məhdudlaşmır. Artıq təşkilat enerji təhlükəsizliyi, kibermüdafiə, informasiya sabitliyi və regional sülh məsələlərinə fokuslanaraq daha güclü və kompleks bir struktur qazanır. Bu dəyişiklik TDT-nin yumşaq gücdən strateji və siyasi gücə keçid mərhələsinin başlanğıcını simvolizə edir.
Qəbələ Zirvəsində əsasən  aşağıdakı istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunur: 
- Enerji təhlükəsizliyi və yaşıltransformasiya – Azərbaycanın təşəbbüsü ilə “Yaşıl Enerji Dəhlizi” və “Rəqəmsal İpək Yolu” kimi layihələrin genişləndirilməsi;
- Nəqliyyat və logistika – Orta Dəhliz və Zəngəzur bağlantısı üzv dövlətlər arasında strateji inteqrasiyanı gücləndirir;
- Kibertəhlükəsizlik və rəqəmsal transformasiya – informasiya məkanında ortaq müdafiə mexanizmlərinin yaradılması;
- İqtisadi əməkdaşlıq və investisiya əlaqələri – qarşılıqlı ticarət və sənaye layihələrinin stimullaşdırılması.
Bu istiqamətlər türk dövlətləri arasında davamlı inteqrasiyanın və kollektiv təhlükəsizliyin əsasını formalaşdırır.
Azərbaycan TDT-nin Katibliyinin hesabına 2 milyon ABŞ dolları vəsait köçürərək təşkilatın institusional potensialının güclənməsinə mühüm töhfə vermişdir. Bu addım Bakının təkcə siyasi deyil, həm də praktik dəstək göstərən lider dövlət olduğunu bir daha nümayiş etdirir.
Azərbaycan həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası kimi layihələrlə türk dünyasının iqtisadi inteqrasiyasına xidmət edir. Bu təşəbbüslər sayəsində TDT ölkələri Avropa və Asiya arasında mühüm nəqliyyat-tranzit körpüsü rolunu oynayır.
Qəbələ Zirvəsi, türk dövlətlərinin birləşmiş təhlükəsizlik konsepsiyasının formalaşması baxımından da dönüş nöqtəsi ola bilər. Azərbaycanın təşəbbüsü ilə hazırlanan “Qəbələ Bəyannaməsi” TDT-nin gələcək fəaliyyətinin strateji yol xəritəsini müəyyənləşdirəcək.
Bu sammit, türk birliyinin artıq regional çərçivəni aşaraq qlobal təsir gücünə malik platformaya çevrildiyini nümayiş etdirir. Azərbaycan bu prosesin həm siyasi beyni, həm də mənəvi dayağı olaraq çıxış edir.
Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısının Qəbələ sammiti, təkcə protokol tədbiri deyil, Türk dünyasının gələcək təhlükəsizlik və inkişaf arxitekturasının əsasını qoyan strateji hadisədir.
Azərbaycan bu inteqrasiya prosesinin lokomotivi, ideoloji rəhbəri və diplomatik dayağı kimi çıxış edərək, türk xalqlarının həmrəyliyini möhkəmləndirir, regionda sabitliyin və ədalətli sülhün təminatçısına çevrilir.
Qəbələ Zirvəsi sübut etdi ki, XXI əsrin yeni siyasi və iqtisadi nizamında Türk dünyasının səsi artıq qlobal miqyasda eşidilir — və bu səsin mərkəzində Azərbaycan dayanır.

Qəvami SADIQBƏYLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri