Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7 ci toplantısı keçirildi FOTO KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Bakıda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilib.
KONKRET.az xəbər verir ki, toplantıda açılış nitqi ilə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman son illərdə media sahəsində əməkdaşlığın getdikcə daha sistemli və institusional çərçivədə inkişaf etdiyini qeyd edərək üzv dövlətlərin media qurumları arasında məzmun mübadiləsinin genişləndirilməsi, strateji kommunikasiya sahəsində koordinasiyalı fəaliyyətin gücləndirilməsi və dezinformasiyaya qarşı çevik müdafiə mexanizmlərinin formalaşdırılmasının Türk dünyası üçün əsas prioritetlərdən birinə çevrildiyini vurğulayıb. O, Təşkilatın bu əməkdaşlıq xəttini daha da dərinləşdirməkdə qərarlı olduğunu, xüsusilə informasiya təhlükəsizliyi və strateji kommunikasiya istiqamətlərində yeni təşəbbüslərin və birgə layihələrin icrasının nəzərdə tutulduğunu bildirib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Türk Dövlətləri Təşkilatının media və informasiya sahəsində əməkdaşlığı üzv ölkələri ortaq tarixi, mədəni və dil birliyi ətrafında birləşdirən strateji platforma kimi xüsusi əhəmiyyət daşıyır. O informasiya mübadiləsinin genişləndirilməsi, saxta xəbərlər və hibrid təhdidlərə qarşı birgə mübarizə, eləcə də ümumtürk informasiya məkanının daha dayanıqlı və koordinasiyalı şəkildə qurulmasının bu əməkdaşlığın əsas hədəflərindən olduğunu vurğulayaraq Azərbaycan tərəfinin qlobal media trendlərinin təhlili, media savadlılığının artırılması və strateji kommunikasiya üzrə birgə təşəbbüslərin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Toplantı çərçivəsində Qazaxıstan Respublikası mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin Təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu çıxış edərək təmsil etdikləri ölkələrin media sahəsində həyata keçirdikləri islahatlar, rəqəmsal transformasiya istiqamətində atılan addımlar və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yanaşmalarını bölüşüblər. Çıxışçılar üzv dövlətlər arasında birgə layihələrin təşkili, informasiya resurslarının qarşılıqlı istifadəsinin təşviqi, media nümayəndələri arasında peşəkar əlaqələrin dərinləşdirilməsi və müasir media texnologiyaları üzrə təcrübə mübadiləsinin artırılmasının əhəmiyyətini vurğulayıblar.
Toplantı çərçivəsində üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən keçirilib, Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısının və Media və informasiya üzrə işçi qrupunun 13-cü iclasının Qazaxıstan Respublikasında keçirilməsi qərara alınıb.
Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının sonunda Kommünike qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 28 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















