Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatının xatirə sikkəsi satışa buraxıldı

Türk Dövlətləri Təşkilatının xatirə sikkəsi satışa buraxıldı

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü üçün xüsusi hazırlanan xatirə sikkəsi Türkiyədə satışa təqdim edilib.

Publika.az xəbər verir ki, Türkiyənin Zərbxana və Möhür Mətbəəsi Baş İdarəsinin hazırladığı xatirə sikkəsinin dizaynında Türk dövlətləri arasındakı köklü əlaqələri və əməkdaşlığı simvolizə edən detallara yer verilib, TDT-nin beynəlxalq fəaliyyəti və mədəni dəyərləri vurğulanıb.

Xatirə sikkəsinin aversində səkkizguşəli “Səlçuklu Ulduzu”nun ortasında təşkilatın loqosu yer alıb. Bu ulduzun hər guşəsi təşkilatın fəlsəfi dəyərləri olan mərhəmət, şəfqət, səbir, doğruluq, sirr saxlamaq, sadiqlik, yardımsevərlik və şükür etməklə yanaşı, həm də TDT-nin səkkiz üzv dövlətini simvolizə edir.

Xatirə sikkəsinin reversində isə təşkilatın üzvü olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın dövlət bayraqları yer alıb. TDT-nin “Dildə, fikirdə, işdə birlik” ifadəsinin də əks olunduğu sikkənin ortasındakı pətək toxuması yerləşdirilib ki, bu da məhsuldarlığı, çalışqanlığı və birliyi təmsil edir. Toxumanın üzərindəki əlsıxma isə etibarlılığı, regional və digər coğrafiyalarda sülh və birliyi əks etdirir.

Diametri 38,61 millimetr, kütləsi 23,33 qram olan xatirə sikkəsi 5 min ədəd istehsal olunub və dövriyyə müddəti noyabrın 7-dən etibarən 2 il olaraq müəyyən edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən liderlər toplantısı zamanı bu Zirvə görüşü üçün xüsusi hazırlanmış xatirə pulunu dövlət başçılarına hədiyyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://publika.az
archiveBu xəbər 09 Noyabr 2024 05:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri