Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatının “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatıb FOTOLAR

Türk Dövlətləri Təşkilatının “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatıb FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri 2-3 dekabr 2025-ci il tarixlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin “Xəritəçilik İşçi Qrupu”nun ikinci iclasına ev sahibliyi edib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya və kartoqrafiya sahəsinə cavabdeh qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasın əvvəlində tədbir iştirakçıları ölkəmizdə geodeziya və kartoqrafiya sahəsində görülən işləri əks etdirən videoçarxı izləyiblər.
Daha sonra ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajanın, eləcə də TDT-yə üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. Görüş zamanı həmçinin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13 üzrə hazırlıq prosesi, gündəlik istiqamətlər və regional əməkdaşlıq imkanları barədə qonaqlara geniş təqdimat olunub.
İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, digər aidiyyəti qurumların və TDT-yə üzv ölkələrin mütəxəssisləri TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci iclasında müəyyən edilən hədəflərin icra vəziyyəti, əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Tədbir panel sessiyalarla davam edib.
Bununla yanaşı, növbəti 3-cü toplantıya Qazaxıstan Respublikasının ev sahibliyi edəcəyi qərara alınıb. Sonda Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısının Bəyannaməsi imzalanıb.


















Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri