Icma.az
close
up
RU
Türk dövlətlərinin birgə mövqeyi çox mühüm amildir

Türk dövlətlərinin birgə mövqeyi çox mühüm amildir

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Türk dövlətləri arasında qarşılıqlı anlaşmanı möhkəmləndirib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını artırıb.Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü üzv dövlətlər arasında siyasi həmrəyliyin, strateji əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüş TDT çərçivəsində ortaq hədəflərin müəyyənləşdirilməsi, gələcək inkişaf prioritetlərinin formalaşdırılması və inteqrasiya proseslərinin sürətləndirilməsi üçün önəmli bir platforma kimi dəyərləndirilir. Həmçinin Zirvə görüşü Türk dünyasında siyasi dialoqun, iqtisadi əlaqələrin və nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinə töhfə kimi mühüm əhəmiyyətə malikdir.

Görüşdə bir çox aktual regional və qlobal məsələlər müzakirə olunub, birgə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Bu mötəbər toptantı TDT-nin beynəlxalq nüfuzunun artdığını və yeni geosiyasi reallıqlar fonunda türk dövlətlərinin birgə mövqeyinin önəmini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunaraq ciddi mesajlar verib. Azərbaycanın tranzit, nəqliyyat və logistika imkanları barədə danışan dövlətimizin başçısı bu sahədə türk dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Ölkəmizin əlverişli coğrafi mövqeyi və güclü nəqliyyat infrastrukturu türk dövlətləri üçün mühüm tranzit və logistika imkanları yaradır. Bu xüsusda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyük əhəmiyyət daşıyır. Azərbaycanın Xəzər dənizində 50-dən çox ticarət gəmisindən ibarət donanması vasitəsilə türk dövlətlərinə geniş tranzit xidmətləri göstərdiyini vurğulayan dövlətimizin başçısı hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəminin inşa edildiyini bildirib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması da planlaşdırılır. Həmçinin Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, 9-cu hava limanı isə yaxın vaxtlarda istifadəyə veriləcək. Bu limanlardan 3-ü işğaldan azad edilmiş ərazilərdə yerləşir. Paralel olaraq, 1,5 milyon tonluq yük qəbul etmək gücündə karqo terminalının inşası həyata keçirilir ki, bu da Azərbaycanın regional logistik mərkəz kimi mövqeyini daha da möhkəmləndirir. Bu faktlar Azərbaycanın yalnız region daxilində deyil, eyni zamanda Asiya ilə Avropanı birləşdirən genişmiqyaslı nəqliyyat dəhlizlərində də mühüm strateji rol oynadığını aydın şəkildə göstərir. Azərbaycan Prezidenti, həmçinin ölkəmizin ötən ilin noyabrında ev sahibliyi etdiyi COP29 tədbirinin yüksək səviyyədə təşkil olunmasından bəhs edib. Bu mötəbər konfransın Bakıda keçirilməsi ölkənin yaşıl enerji və ekoloji təhlükəsizlik sahəsində beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunduğunu sübut edir.

Budapeştdə keçirilən Zirvə görüşündə qəbul edilən Bəyannamə Türk Dövlətləri Təşkilatının qarşıdakı mərhələdə fəaliyyət istiqamətlərini əhatə edən strateji sənəd kimi dəyərləndirilir. Bəyannamədə TDT Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması təklifi dəstəklənib. Bu, təşkilatın institusional cəhətdən güclənməsinə və effektiv fəaliyyətinə töhfə verəcək. Həmçinin TDT-nin ilk birgə maliyyə institutu kimi yaradılmış Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlamasının vacibliyi vurğulanıb. Bu fond türk dövlətləri arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyacaq, regional layihələrin maliyyələşdirilməsi üçün mühüm platforma olacaq. Bəyannamədə TDT-nin beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşdirilməsi təşviq edilir. Sənəddə üzv ölkələrin bir-birinin namizədliklərini və təşəbbüslərini beynəlxalq platformalarda qarşılıqlı şəkildə dəstəkləməsi vurğulanır. Xüsusilə, Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyinin dəstəklənməsi Türk Dövlətləri Təşkilatının qlobal miqyasda koordinasiyalı fəaliyyətə verdiyi önəmi nümayiş etdirir.

Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsini zəruri hesab edən Azərbaycan bu birliyə daim sadiq qalmışdır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 May 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri