Icma.az
close
up
RU
Türk Dünyası Qanun və Qamus ilə dil birliyində güclənir

Türk Dünyası Qanun və Qamus ilə dil birliyində güclənir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk Dövlətləri Parlamentar Asamblesi, parlament diplomatiyasına və Türk Dünyasında dil birliyini gücləndirməyə töhfə verməyi hədəfləyən "Qanun" və "Qamus" adlı iki layihəni həyata keçirib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Türk Dövlətləri Parlamentar Asamblesi (TÜRKPA) Baş Katibi Böyükelçi Mehmet Süreyya Erin verdiyi məlumata görə, Türk Dünyasını ortaq bir rəqəmsal platformda birləşdirən bu layihələr, ortaq yaddaşın yaradılmasına töhfə verməyi hədəfləyir.

Türk Dünyasında dil birliyini gücləndirmək məqsədilə hazırlanan layihələr, parlamentlərarası əməkdaşlıq sinerjisinin təmin edilməsinə dəstək olacaq, həmçinin Türk Dünyası ölkələrinin qurumları arasında yazışmalar, sənəd və qanun tərcümələri ilə akademik mətnlərdəki dilin dəqiqliyini artıracaq.

TÜRKPA-nın inkişaf etdirdiyi "Qanun" layihəsi, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın hüquqi sənədlərini rəqəmsal mühitdə bir araya gətirərək, istifadəçilərinə beş dildə xidmət göstərir.

Türkcə, Azərbaycan Türkcəsi, Qazaxca, Qırğızca və İngiliscə dil seçimi təklif edən sistem, sənədlərdə axtarış, filtrasiya, işarələmə və fərdi iş sənədi yaratma funksiyalarını özündə cəmləşdirir.

"Qanun" sistemi axtarış və filtrasiya, məlumat idarəetməsi, oxuyucu ekranı, işarələmə, sənəd yaratma və müqayisəli analiz kimi funksiyaları istifadəçilərə təqdim edir.

"Qamus" layihəsi isə Türk dillərinin lüğət ehtiyatlarını müqayisəli şəkildə araşdırmaq imkanı verir.

Türkcə, Azərbaycan Türkcəsi, Qazaxca, Qırğızca, Özbəkcə, Türkməncə, Başqırdca, Tatarca və Uyğurca dillərini əhatə edən rəqəmsal lüğət, elmi yoxlamadan keçmiş etibarlı mənbələrə əsaslanır.

Türk Dünyasında önəmli bir yer tutan lüğətlərlə inteqrasiyanın təmin ediləcəyi bu layihədə istifadə ediləcək mənbələr diqqətlə seçilir və bir-biri ilə uyğunluq təşkil edən bir şəkildə "Qamus" sistemini ziyarət edənlərə təqdim olunur.

Bu çərçivədə, Türkiyədən Kubbealtı Vəqfinin nəşr etdiyi "Misalli Böyük Türkçe Sözlük" ilə inteqrasiya işlərinə başlanılıb. Digər dillər üçün də oxşar çalışmalar zamanla həyata keçiriləcək.

Dil birliyini gücləndirməyi, anlayışlarda və terminologiyada vahidlik və standartlaşmaya töhfə verməyi məqsəd qoyan "Qamus", axtarış, çoxlu mənbə dəstəyi, mənbə göstəricisi, mənbə və söz bazalı filtrasiya, sözün mənası və fihrist kimi texniki xüsusiyyətləri özündə cəmləşdirir.

TÜRKPA Baş Katibi Böyükelçi Erin himayəsində 2023-cü ildə başlayan rəqəmsal dönüşüm layihələri, "Qanun" və "Qamus" layihələri ilə ilk böyük uğurlarını əldə edib.

Bu işlərin eyni istiqamətdə inkişaf edərək davam edəcəyini qeyd edən Er, "Dildə, fikirdə, işdə birlik" anlayışının bu günün tələblərinə cavab verdiklərini vurğulayıb.

Yeni rəqəmsal platformalar, həm masaüstü, həm də mobil cihazlarda istifadə oluna biləcək şəkildə inkişaf etdirilib.

Hər hansı bir qurulum və ya üzvlük tələb etməyən bu sistəmdə, TÜRKPA-nın internet saytları "turkpa.org", "qanun.turkpa.org", "qamus.turkpa.org" vasitəsilə fasiləsiz şəkildə daxil olmaq mümkündür.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:335
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri