Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Türk dünyasının milli mədəni irsi Berlində təbliğ olunub

Türk dünyasının milli mədəni irsi Berlində təbliğ olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 1 aprel, AZƏRTAC

Baharın gəlişi – Novruz bayramı münasibətilə Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin təşəbbüsü və Türkiyə səfirliyinin ev sahibliyi ilə martın 30-da bayram tədbiri keçirilib. Tədbirdə Türk dövlətlərinin Almaniyadakı səfirləri, qardaş icmaların üzvləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, mədəniyyət və elm ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə ortaq türk mədəni irsinin təqdim olunduğu sərgiyə baxış keçiriblər. Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Şimali Kipri təmsil edən stendlərdə qardaş ölkələrin tarixi-mədəni irsi, adət-ənənələri, nəşrlər və eksponatlar, eləcə də milli mətbəx nümunələri təqdim edilib.

Azərbaycanın və Türkiyənin Almaniyadakı səfirləri Nəsimi Ağayev və Gökhan Turan Novruzun yenilənmə, barış və həmrəylik kimi universal dəyərləri təmsil etdiyini bildirib, diplomat müxtəlif ölkələrdən iştirakçıların eyni platformada bir araya gəlməsinin bu bayramın birlik və həmrəylik iradəsinin bariz göstəricisi olduğunu diqqətə çatdırıblar.

Qeyd olunub ki, Novruz yalnız ayrı-ayrı xalqları deyil, ortaq tarix və köklərə malik nəhəng Türk dünyasını bir araya gətirir, yenilənmə, ümid və həyatın davamlılığının rəmzi kimi çıxış edir.

“Türk Dövlətləri Təşkilatının siyasi çərçivədən daha çox, gələcəyimizi birlikdə formalaşdırmaq üçün ortaq iradəmizin ifadəsidir. Azərbaycan üçün Türk dünyasının birliyi təkcə mədəni bağ deyil, dayanıqlılıq, strateji istiqamət və güc mənbəyidir. 179 milyondan çox əhalisi və 2,1 trilyon ABŞ dollarından artıq iqtisadi gücə malik Türk dünyası böyük potensiala sahibdir. Ancaq ən böyük gücümüz ortaq mədəni və tarixi təməlimizdədir. Bu güc həm də regionumuzda və ondan kənarda sülh üçün göstərdiyimiz səylərdə özünü göstərir. Dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət vasitəsilə türk dövlətləri həm regional, həm də qlobal səviyyədə sülhün, sabitliyin və təhlükəsizliyin təşviqinə mühüm töhfə verirlər”, - deyə səfir Nəsimi Ağayev qeyd edib.

Çıxışlardan sonra bayram tədbiri bədii hissə ilə davam edib. Bu hissədə türk dövlətlərinin milli-mədəni irsindən, füsunkar təbiətindən bəhs edən filmlər nümayiş etdirilib, türk xalqlarının, o cümlədən Azərbaycanın milli musiqisi və rəqsləri ifa olunub. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda türk xalqlarının milli mətbəxlərinin nümunələrinin təqdim olunduğu bayram süfrəsi açılıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Aprel 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see664

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see444

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see410

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see395

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see390

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see351

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see290

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see275

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see273

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see252

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see247

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see235

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see229

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see227

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see224

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see221

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri