“TÜRK etnonimi və törələri” kitabı gələcək üçün milli mənəvi yol xəritəsi kimi çıxış edir”
Icma.az bildirir, Sia Az portalına istinadən.
“Kitabın aktuallığı həm də Türk Dövlətləri Təşkilatının formalaşdığı bir dövrdə ortaq tarixi yaddaşa və ideoloji əsaslara ehtiyacın artması ilə bağlıdır”.
SİA xəbər verir ki, bu sözləri media nümayəndələrinə müsahibəsində “Türk” etnonimi və törələri kitabının müəllifi Yunus Oğuz bildirib. Onun sözlərinə görə, bu əsərlə türk kimliyinin tarixi köklərini elmi faktlar əsasında ortaya qoyaraq, vahid türk ideologiyasının formalaşmasına töhfə verir:
“Əsərdə sovet dövründə məqsədli şəkildə formalaşdırılmış və 9–11-ci əsrlərdə türklərin Avropaya guya sonradan gəldiyini, orada qalan mədəni irsin isə türk mənşəli olmadığını iddia edən yanaşmalar elmi sübutlarla təkzib olunur. Yunus Oğuz göstərir ki, türkün vətəni yalnız məhdud coğrafiya ilə izah edilə bilməz; Avrasiya və Anadolu türkün tarixi-mədəni məkanlarıdır. Bu baxımdan kitab, türklərin islamdan öncəki maddi və mənəvi mədəniyyətinin onlara məxsus olduğunu bir daha əsaslandırır.
Kitabın ən mühüm elmi yeniliklərindən biri Strabonun “Coğrafiya” əsərinə istinadla eramızın I əsrində İspaniya ərazisində mövcud olmuş türk etnonimləri və toponimlərinin araşdırılmasıdır. Bu faktlar türklərin islamdan xeyli əvvəl geniş coğrafiyada iz buraxdığını göstərir. Müəllif eyni zamanda islamdan əvvəl mövcud olmuş, lakin uzun müddət yazılı şəkildə sistemləşdirilməmiş törə və idarəçilik qaydalarını – Uyğur törəsi, Göytürk törəsi, Orxon-Yenisey qanunları və “Dədə Qorqud” buyruqlarını elmi kontekstdə təqdim edir. Qeyd olunur ki, bu törələr Azərbaycanda ilk dəfə bu şəkildə nəşr olunur.
Zamanla unudulmuş bu hüquqi və mənəvi dəyərlərin yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Çünki həmin törələr türk toplumlarının dövlətçilik ənənəsini, milli mədəniyyətini və mənəvi dünyasını formalaşdıran əsas sütunlardır. “TÜRK etnonimi və törələri” kitabı bu baxımdan yalnız keçmişə baxış deyil, həm də gələcək üçün milli-mənəvi yol xəritəsi kimi çıxış edir”.
Baxış sayı:41
Bu xəbər 23 Yanvar 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















